Səməd Vurğunun ruhuna köklənmiş
ədəbi-bədii kompozisiya
Dekabrın 25-də İ.Əbilov adına Mədəniyyət mərkəzində böyük Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığına həsr edilmiş ədəbi-bədii tədbir keçirilib.
Mərkəzin rəhbəri Mirəhməd Əsgərov şairin ev-muzeyi ilə birgə təşkil olunmuş tədbirin əhəmiyyətindən danışıb. Muzeyin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy Səməd Vurğun poeziyasının yaşarılığından, ümumxalq məhəbbəti qazanmasından bəhs edib. Əməkdar müəllim, Yasamal rayonundakı 150 nömrəli məktəbin pedaqoqu Məlahət Babakişiyeva şagirdlərin Səməd Vurğunun ölməz poeziyasına məhəbbətindən söhbət açıb.
Mərkəzin “Vurğun” teatrının üzvləri şairin yaradıcılığına həsr olunmuş “Bizdə şeir də var, sənət də vardır, şairə, sənətə qiymət də vardır!” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər. “Şəlalə” xalq çalğı alətləri ansamblının ifasında şairin sözlərinə bəstələnmiş “Dağlar”, “Azərbaycan”, “Gülə-gülə”, “Oxu gözəl” və digər mahnılar səsləndirilib.
Sonda S.Vurğunun
ev-muzeyinin əməkdaşı Xanım Şadlinskaya tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 2.