“Narlar
və zəfəran: Azərbaycana kulinar səyahət”
Kaliforniyada milli mətbəximiz haqqında kitabın təqdimatı
Kaliforniya ştatının Lonq-Biç şəhərindəki “Qetsbi Buks” kitab mağazasında ABŞ-da yaşayan azərbaycanlı Fəridə Buyuranın “Narlar və zəfəran: Azərbaycana kulinar səyahət” kitabının avtoqraf-sessiyası olub.
Bu ilin oktyabrında alıcılara təqdim olunan kitab Azərbaycan mətbəxi ilə bağlı ingilis dilində ilk geniş nəşrdir. 336 səhifədən ibarət kitab oxuculara qəlyanaltı və salatlar, şorbalar, xəmir, ət, tərəvəz və yumurtadan hazırlanan yeməklər, çörək növləri, plovlar, içki və desertlərin 200 dadlı reseptini təklif edir.
Kitabda müəllif Fəridə Buyuranın azcookbook.com bloqundan seçmə reseptlər də yer alıb. Nəşrdə Azərbaycan mədəniyyəti ilə bağlı hekayələr, Azərbaycan mətbəxi və süfrəsi barədə atalar sözləri də dərc olunub ki, bu da kitaba xüsusi kolorit verir.
Avtoqraf-sessiyada 50-dək adam iştirak edib. Tədbirdə iştirakçılar Azərbaycan şirniyyatlarının
kitabdakı reseptlərə
uyğun hazırlanmış
bir neçə növünə, o cümlədən
Qarabağ kətəsi
və mütəkkəyə
qonaq olublar.
Fəridə Buyuran Azərbaycanın adət-ənənələri və
kulinariyası barədə,
bloq və kitab üzərindəki çoxillik işindən
söz açıb. Nəşr Azərbaycan
Respublikası Dövlət
Neft Şirkətinin və “Practical Solutions Group” şirkətinin
dəstəyi ilə ərsəyə gəlib.
Xatırladaq ki, kitabın
və azcookbook.com bloqunun
müəllifi Fəridə
Buyuran Azərbaycan Dillər Universitetinin ingilis dilinin filologiyası ixtisası üzrə bakalavr və magistr diplomlu məzunudur. O
həm də Kaliforniya Universitetini iş inzibatçılığı
magistr dərəcəsi
ilə bitirib. Hazırda həyat yoldaşı və iki övladı
ilə Kaliforniya ştatının Lonq-Biç
şəhərində yaşayır.
Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 16.