Teatrların
sənət gündəliyi
Mədəni yeniliklərlə
zəngin daha bir ili yola salırıq.
2014-cü il teatr tariximizdə
yeni tamaşalar,
sənət ocaqlarının müxtəlif layihələri,
qastrol səfərləri ilə
zəngin oldu.
Dövlət Akademik Opera
və Balet Teatrının rəhbəri,
Əməkdar incəsənət xadimi
Akif Məlikov 2014-cü ilin
onlar üçün
uğurlu olduğunu
bildirdi. Onun sözlərinə
görə, Niyazinin “Rast”
baletinin, C.Puççininin
“İl Tabarro” (“Plaş”) operasının tamaşaları
bu il teatrın ən
mühüm beynəlxalq layihələrindəndir.
C.Perqolezinin “Qulluqçu
xanım” operası, F.Əlizadənin “İntizar”,
A.Pyatsollanın “Məhəbbət tanqosu”
baletləri, V.Motsartın “Fiqaronun toyu”, C.Verdinin “Otello” operalarının yeni
quruluşları teatrın repertuarında yer tutmaqdadır.
Teatrın qastrol səfərləri
də rəngarəng keçib. Simfonik orkestr Almaniyada təşkil olunan
ənənəvi “Qut İmmlinq”
opera sənəti festivalına qatılıb.
Teatrın balet truppası Heydər
Əliyev Fondunun dəstəyi ilə
Fransanın Paris və Strasburq
şəhərlərində F.Qarayevin
“Qobustan kölgələri” baletini nümayiş etdirib.
Akademik Milli Dram Teatrının direktoru,
sənətşünaslıq doktoru,
professor İsrafil İsrafilov da sona çatmaqda olan ilin yaddaqalan
olduğunu dedi: “İl ərzində teatrda
G.Dumbadzenin “Gecə qonağı”
(“Məqam” adı ilə), V.Zuyevin “Sülh göyərçini” (“Mən, biz...”), H.Cavidin “Topal Teymur” (“Əmir Teymur”), Y.Şvartsın “Kölgə”, B.Nuşiçin “Nazirin
xanımı”, V.Səmədoğlunun “Generalın son əmri” və s.
əsərlər tamaşaya hazırlanıb.
“Kitabi-Dədə Qorqud” dastanının
“Dirsə xan oğlu
Buğac” boyu əsasında
hazırlanan “İlahi oyun”
tamaşası teatrsevərlərin ixtiyarına verilib. Məşqləri başlanan İ.Əfəndiyevin “Mənim
günahım”, L.de Veqanın “Hiyləgər
məşuqə”, G.Anarqızının “Təhminə”,
A.Krımın “Keçmişdən zəng”, R.Əlizadənin
“Laləli düzən” tamaşaları gələn il tamaşaçılara təqdim olunacaq”.
Teatrın kollektivi M.F.Axundzadənin
“Lənkəran xanının vəziri” əsərinin
tamaşası ilə Türkiyənin Adana
şəhərində, “İlahi oyun” tamaşası ilə isə Konya şəhərində və Tbilisidə
festivallara qatılıb.
Dövlət Musiqili Teatrının
rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin
sözlərinə görə, bu il teatrın tarixçəsinə bir sıra yeniliklər, yaddaqalan
premyeralar yazılıb. Teatrın kollektivi respublikamızın müxtəlif
bölgələrinə qastrol səfərlərində
olub: “Son illərdə
repertuarımızı bayağı, süni
gülüş doğuran
bir sıra tamaşalardan
təmizləməyə nail olmuşuq, işgüzar
mühit yaratmışıq. Teatrın
adının dəyişdirilməsi də kollektivin yaradıcılıq fəaliyyətinə
ciddi təsir göstərib. Bu ilin ilk
tamaşası Xalq artisti,
rejissor İranə Tağızadənin
hazırladığı “Bu bizik - Musiqili Teatr!” adlı ikihissəli burlesk
oldu. Tamaşada, demək olar ki, repertuarda olan bütün əsərlərdən parçalar
oynanıldı. Yola
saldığımız ilin
teatrımız üçün
daha bir yaradıcılıq uğuru
Ramiz Heydər və Oqtay Kazıminin «Qızıl
toy» əsəri sayıla
bilər”.
Gənc Tamaşaçılar
Teatrının rəhbəri,
Əməkdar artist Mübariz
Həmidov bu il uğursuz
tamaşalarının olmadığını
bildirdi: “İl teatrımız üçün
bir sıra maraqlı hadisələrlə
yadda qaldı. Məsələn, M.MakDonaxın “Lineyn trilogiyası” bizə uğur gətirdi. Oktyabrda Rusiyanın
Perm şəhərində ilk dəfə keçirilən
M.MakDonax festivalında
“Yalqız Qərb” tamaşasını nümayiş
etdirdik. Tamaşa festivalın
xüsusi mükafatına
layiq görüldü.
Xaricə qastrol səfərlərimiz
gerçəkləşdi. Həştərxan Gənc Tamaşaçılar
Teatrında iki tamaşa ilə çıxış etdik.
Kalmıkiya Milli Dram Teatrındakı
çıxışlarımız da çox uğurlu
alındı”.
Teatrda bu il həmçinin «Qırmızı papaq»
«Sarıköynəklə Valehin nağılı»
və «Ağ ölüm» tamaşaları
təhvil verilib.
Azərbaycan Dövlət
Kukla Teatrının
direktoru Rəşad
Əhmədzadə bu
il dörd
yeni tamaşa ilə uşaqların görüşünə gəldiklərini
dedi: “Rusiyadan dəvət etdiyimiz rejissor Eduard Qaydar və rəssam Tatyana Melnikova rus xalq nağılı “Qoğal”ı fərqli yozumda təqdim etdilər. Yapon xalq nağılları
əsasında “Kim daha
güclüdür?” (rejissor Anar
Məmmədov, rəssamı
Rəvanə Abbasova)
hazırladığımız tamaşa da maraqla qarşılandı.
Teatrımızın baş rejissoru
Qurban Məsimovun hazırladığı "Şou çanta trio və...” tamaşası
da balacaların ixtiyarına verildi.
Teatrın uğurlu premyeralarından
biri də yeni yozumda hazırlanan “Tıq-tıq
və Taq-taqın nağılı” oldu.
Son olaraq isə
“Sehrli üzük” nağılının motivləri
əsasında teatrın
gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan
eyniadlı səhnə
əsərini tamaşaçıların
ixtiyarına verdik”.
Direktor bu il iki xarici
səfərlərinin də
olduğunu bildirdi:
“Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Hindistanın Nyu Dehli şəhərində
keçirilən “İşara”
beynəlxalq kukla teatrları festivalında
Qurban Məsimovun “Şou çanta trio və...” tamaşası
ilə iştirak etdik. Rusiyanın Kurqan vilayətində
keçirilən “Uçuş
arzusu” festivalına
da qatıldıq.
Bundan başqa, Şəki şəhərində gerçəkləşən
I Beynəlxalq Teatr Festivalında da uğurla təmsil olunduq”.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2014.- 30 dekabr.- S.
13.