Lənkəran teatrında uşaqlar
üçün yeni
tamaşa
Nəcəf bəy
Vəzirov adına
Lənkəran Dövlət
Dram Teatrında ərəb
xalq nağılının
motivləri əsasında
səhnələşdirilmiş “Əlibaba və qırx quldur” tamaşasının premyerası
olub. Uşaqlar üçün hazırlanmış səhnə
əsərinin quruluşçu
rejissoru Əlibala
Əsgərov, rəssamı
Məzaim Qurbanov, musiqi tərtibatçısı
Fərahim Fərəcovdur.
Rollarda
aktyorlardan Hikmət
Cəfərov, Rauf Zeynalov, Emin Fərzullayev, Şəbnəm
Hüseynova və başqaları çıxış
edirlər.
Mədəniyyət.- 2014.- 30 dekabr.-
S. 12.