“Qoyun ili” nə vəd
edir?
Artıq 2014-cü ilin
(“At ili”) son dəmləridir. Kimisi ilin fəsillərinin,
ayların, günlərin
at sürəti ilə
gəlib-keçdiyini düşünür.
Bəziləri isə
asta yerişini pozmayan köhlənin ili də
səbirlə uğurladığı
qənaətindədir.
Yeni ili
- 2015-i isə gah qoyun, gah da
keçi ili adlandırırlar. Astroloqların fikrincə, “Qoyun ili”ndə yağıntılar
bol olacaq, münaqişələr öz
həllini tapacaq.
Bu ildə dünyaya
gələnlər çox
vaxt tələskən,
ürəyiyumşaq və
xəyalpərəst olurlar.
Özlərini sevilməyə
və qorunmağa möhtac hiss edirlər. Diqqət çəkməyə meyllidirlər,
amma onlar heç kimə zərər vermək istəmirlər.
“Qoyun ili”ndə
dünyaya gələnlər
dizayn və rəsm çəkməklə
yaradıcılıq qabiliyyətlərini
nümayiş etdirə
bilərlər. Amma məsuliyyətli
işlərdə qərar
verməyi bacarmırlar.
Nizam-intizam, qaydalar və tənqidlərə
dözümsüz olurlar.
Bunlarla yanaşı, onlar
özlərini sevdirə
bilirlər, heç
bir maddi çətinlik çəkmirlər.
Təmənnasız olaraq əldə
etdiklərini daha zavallı insanlarla bölüşürlər.
Qoyun illərində yaddaqalan
ziddiyyətli tarixi
hadisələr də
baş verib. Türklər Krımı fəth
edib, Paraqvay, Liberiya, Əfqanıstan,
Livan və Sudan müstəqillik əldə
edib, radio ixtira edilib və Nobel mükafatı təsis
olunub. Bundan başqa, Lümyer
qardaşları ilk filmi
nümayiş etdiriblər.
İlk vertolyot Fransada havaya qalxıb. İsrail Şərqi Qüdsü
işğal edib.
Qoyun ili
ölkəmiz üçün
də əlamətdar
hadisələrlə yadda
qalıb. Bakı Dövlət Universiteti
(1919) təşkil edilib,
paytaxtımızda metro nəqliyyatı (1967) fəaliyyətə
başlayıb və
s.
Qarşıladığımız “Qoyun ili” də
dünyada sülhə,
əmin-amanlığa vəsilə
olsun, ölkəmizə
və xalqımıza
daha böyük uğurlar gətirsin!
Savalan Fərəcov
Mədəniyyət.-
2014.- 30 dekabr.- S. 10.