El sənətimiz
dünyanın gözündə
Qeyri-maddi mədəni irsin qorunması,
təbliği və təşviqi məqsədilə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
həyata keçirilən “2010-2014-cü illər üçün
Xalq Yaradıcılığı Paytaxtları” proqramı
bu il yekunlaşıb. 2014-cü ildə Azərbaycanın
“Əfsanələr paytaxtı” Qəbələdə,
“Folklor paytaxtı” Balakəndə, “Sənətkarlıq
paytaxtı” Abşeronda nominasiyaya uyğun olaraq
mərasimlər, dəyirmi masalar, konsertlər, festival
və sərgilər, şair və yazıçılarla
görüşlər və s. təşkil olunub.
12-16 iyun tarixində Masallıda
gerçəkləşən III Beynəlxalq Folklor Festivalı
respublikanın tanınmış folklor kollektivləri
ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan,
Qazaxıstan, Latviya və İrandan qonaqları bir araya
gətirib.
İyunda nazirliyin mühüm
layihələrindən olan “Azərbaycan - doğma diyar”
devizi altında Milli Azlıqların IV Respublika Festivalı
da keçirilib. Festival çərçivəsində 5 dildə
(Azərbaycan, ingilis, rus,
fransız, alman) “Azərbaycanda yaşayan milli azlıqların
mahnıları” diski və milli azlıqların bədii kollektivləri
barədə kataloq hazırlanıb.
Heydər Əliyev Fondunun
dəstəyi, Mədəniyyət və Turizm
Nazirliyinin və Aşıqlar Birliyinin təşkilatçılığı
ilə noyabrda keçirilən II Beynəlxalq
Aşıq Festivalı Azərbaycanın və dost ölkələrin aşıq-ozan
sənətkarlarını bir araya gətirib, respublikamızın
mədəni həyatında hadisəyə çevrilib.
Klub müəssisələri
sistemində mərkəzləşdirilmə və profilləşdirilmə
üzrə əsaslı islahatlar həyata keçirilməkdədir.
Bununla bağlı yerlərdə
şəhər (rayon) mədəniyyət
evləri əsasında mədəniyyət mərkəzləri
və onların diyarşünaslıq, folklor,
sənətkarlıq və digər profilli
filialları yaradılır. İslahatlar
Şəki və Lənkəran şəhər, Abşeron, Balakən, Gədəbəy, Göygöl, Xaçmaz, İsmayıllı,
Qazax, Qəbələ, Masallı,
Şamaxı rayonlarının klub
müəssisələrinin fəaliyyətinə
müsbət təsir göstərib. Bütün bunlar nəzərə alınaraq,
“Şəhər (rayon) mədəniyyət
mərkəzlərinin yaradılması” layihəsi
təcrübəsinin respublikanın digər rayonlarında
da tətbiqi planlaşdırılır.
İl ərzində Mədəniyyət
və Turizm Nazirliyi
tərəfindən aparılmış qeyri-maddi
mədəni irs sahəsinin
(diyarşünaslıq, folklor və
sənətkarlıq) mədəni-siyasi təminat mexanizmlərinin
monitorinqinin nəticələri
əsasında “Azərbaycan qeyri-maddi
mədəni irs subyektlərinin Portfolio bankı”nın və “Şəhər
(rayon) mədəniyyət mərkəzlərinin
və onların filiallarının Dövlət Kadastrı”nın yaradılması, “2014-2020-ci illərdə
Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair”
Dövlət Proqramı, digər konseptual
layihələr üzərində müvafiq
işlər həyata keçirilib.
2014-cü il qeyri-maddi
mədəni irsimizin dünyaya
tanıdılması baxımından daha
bir nailiyyətlə tarixə düşdü. Noyabrın 26-da UNESCO
Hökumətlərarası Komitəsinin Parisdə
keçirilən sessiyasında Azərbaycan kəlağayı
sənəti təşkilatın qeyri-maddi
mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi.
Mədəniyyət.-2014.-30
dekabr.-S.10.