İlin kinolentləri
Kino
sənətinin inkişaf etdirilməsi
mədəniyyət sahəsində dövlət siyasətinin
prioritet istiqamətlərdən biri kimi Mədəniyyət
və Turizm Nazirliyinin
fəaliyyətində mühüm yer tutur. Son
illər Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış
sərəncamlar bu sahənin inkişafına
münbit şərait yaradıb. Başa çatan il də kinomuz üçün uğurlu
olub.
2014-cü
il ərzində Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyası “Qisas almadan ölmə”,
“Axırıncı dayanacaq”, “Axınla
aşağı”, “Nabat” bədii filmlərini
təhvil verib. Kinostudiyada həmçinin
“İnikas”, “Sonuncu”
və “Sirr” qısametrajlı bədii
filmləri, “Tarın sədaları. Mansurovlar”
və “Çempion” sənədli filmləri,
“Motivlər” gənclər kinoalmanaxına daxil olan 3 ekran
əsəri (“20-ci mərtəbə”, “Qonşular”
və “Kədərim mənim”) istehsal
olunub. Bundan əlavə, “Salnamə” studiyası “Qalibiyyət”
(“Qılıncoynadan İlqar Məmmədov”),
“Vətən qeyrəti” və “Dağlar
qoynunda şəhər” (“Lahıc
etüdləri”), “Qafqazdan Appeninə”
sənədli filmlərini, “Yaddaş”
studiyası “Müharibə uşaqları”, “Tarixin daş salnaməsi”
(“Qafqaz Albaniyasının memarlığı”),
“Aşiqi-sadiq” (“Lətif Feyzullayev”), “Çay bir aləm”, “Qobustan
kölgələri” və “Sevinc
bəxş edən insan” sənədli
filmlərini istehsal edib.
“Azanfilm” studiyasında “Ən güclü kimdir” və
“Köhnə mismar” cizgi
filmləri, “Debüt” studiyasında
isə “Keçmişdən gələn zəng” qısametrajlı
bədii filmi və “Rast.
Niyazi”
(“Maestro”) sənədli filmi
təhvil verilib.
Ölkə başçısının
sərəncamları ilə yuibileyləri qeyd edilən Əliş Ləmbəranski
haqqında (“Mən Bakını sevirəm”) və Səyid
Yəhya Bakuviyə həsr olunmuş
“Xəlvətdə qalmış müdrik”
sənədli filmləri çəkilib.
Bu il II Bakı Beynəlxalq
Turizm Filmləri Festivalı keçirilib. Festivala
55 ölkədən 405 film təqdim olunmuşdu. Kino sahəsində
daha bir layihə -
II Bakı Beynəlxalq İdman Filmləri
Festivalı da geniş
maraq doğurdu, festivala 33 ölkədən 115 film təqdim edilmişdi.
Yeni bədii və sənədli
filmlərimiz il boyu xaricdə keçirilən beynəlxalq
festivallara göndərilib. May ayında
keçirilən 67-ci Kann
kinofestivalında Azərbaycan
pavilyonu təşkil
olunub. Kino tariximizdə
ilk dəfə “Sonuncu”
bədii filmi Kann festivalının əsas müsabiqə proqramlarından olan “Qısa metr” proqramında, “Ayrı”
bədii filmi isə “Rejissor həftəliyi” proqramında
nümayiş olunub.
Bundan əlavə, “Nabat”, “Sonuncu”, “Axınla aşağı”
və s. filmlərimiz
il ərzində Kann, Karlovı Varı, Çikaqo, London,
İzmir - ümumilikldə
30-dan çox beynəlxalq
kinofestivalda uğurla
iştirak edib.
Bu il Nizami Kino Mərkəzində
“Mən evə qayıdıram”, “Qisas almadan ölmə”, “Axınla aşağı”
bədii filmlərinin,
“Gözümün işığı
və ya qəribə heykəltəraş
ömrü” sənədli
filminin, “Məryəm”
(“Sirr”) bədii-sənədli
filminin, respublikanın
regionlarında “Milli
Qəhrəmanlar” silsiləsindən
çəkilən sənədli
filmlərin təqdimatları
keçirilib.
Mədəniyyət.-2014.-30
dekabr.-S.11.