“Mənalı
ömrün dastanı”
Professor Qəzənfər Paşayevin kitablarının və ona
həsr olunmuş nəşrin təqdimatı
Dekabrın 26-da Milli Kitabxanada
AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun baş
elmi işçisi,
professor Qəzənfər Paşayevin “Seçilmiş
əsərləri”nin VII cildliyi, “İraq-türkman nağılları”
və Vaqif İsaqoğlunun
alim haqqında
yazdığı “Mənalı ömrün
dastanı” kitablarının təqdimatı keçirildi.
Tədbiri kitabxananın direktoru
Kərim Tahirov açaraq
bildirdi ki, Qəzənfər
Paşayevin yaradıcılığı
Azərbaycan elminə böyük
töhfədir. Alimin İraq
türkmanlarının folkloruna
və ədəbiyyatına həsr etdiyi
kitablar ictimaiyyət tərəfindən
daim maraqla qarşılanıb,
geniş oxucu
rəğbəti qazanıb.
Millət vəkili, AMEA-nın müxbir
üzvü Nizami
Cəfərov alim həmkarını
xalqın məhəbbətini qazanmış dəyərli
ziyalı və mənəvi keyfiyyətlərlə
zəngin bir şəxsiyyət kimi xarakterizə etdi.
Bildirdi ki, onun araşdırmaları İraqda
yaşayan türkman
soydaşlarımızın ədəbi irsinin
Azərbaycanda daha da
geniş tanıdılmasına öz töhfəsini verəcək.
Milli Məclisin üzvü
Qənirə Paşayeva uşaqlıqdan
Qəzənfər müəllimin yaradıcılığının
işığında böyüdüklərini diqqətə
çatdırdı: “Onun işi çox olsa da, bizlərlə
söhbətə həmişə vaxt
ayırıb. Söhbətlərində hər zaman səmimiyyət görmüşük.
O, gerçək ziyalı olmaqla
bərabər, həm də gözəl əmidir. O bizə
təkcə sözləri ilə deyil,
həm də əməli ilə də milləti və
vətəni necə sevməyi, ona necə
xidmət etməyi öyrədib. Biz hər zaman onunla fəxr etmişik və indi də fəxr
edirik”.
Xalq şairləri Sabir Rüstəmxanlı,
Zəlimxan Yaqub, tənqidçi, ədəbiyyatşünas
Ayaz Vəfalı, Əməkdar jurnalist
Flora Xəlilzadə və
başqaları Qəzənfər
Paşayevin elmi fəaliyyətindən, insani
keyfiyyətlərindən söhbət açdılar.
Qeyd olundu ki, alimin “Altı
il Dəclə-Fərat
sahillərində”, “Kərkük
bayatıları”, “Arzu-Qəmbər
dastanı”, “Kərkük
mahnıları”, “Rusca-ərəbcə
danışıq kitabı”,
“İraq-Kərkük atalar
sözləri”, “İngiltərə
haqqında” və s.
kitabları ona xalq məhəbbəti qazandırıb. Tükənməz enerji və böyük həvəslə
yazıb-yaradan, ərəb,
ingilis, türk, rus dillərini mükəmməl bilən
tədqiqatçının tərcümələri ölkədən-ölkəyə
mənəvi körpü
salıb.
Sonda çıxış edən
alim tədbirin təşkilatçılarına və iştirakçılarına
öz dərin minnətdarlığını bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 30 dekabr.-
S. 8.