Yeni yaradıcı nəsil yetişir
Mədəniyyət
və incəsənətin inkişafında uşaq musiqi, incəsənət
və rəssamlıq məktəblərinin rolu olduqca böyükdür. 2014-cü il
bu sahə bir sıra
yeniliklər, gənc istedadlarımızın nailiyyətləri
ilə yadda qalıb.
Respublikanın
uşaq musiqi və
incəsənət məktəbləri əsasən 5
və 7 illik təhsil sistemi
ilə fəaliyyət göstərirlər. Bununla yanaşı,
son illər böyüməkdə olan nəslin incəsənət sahəsində
yüksək səviyyəli orta
təhsilə yiyələnmək tələbatı
nəzərə alınaraq böyük
pedaqoji iş
təcrübəsinə və zəruri maddi-texniki
bazaya malik bir neçə uşaq
məktəb onbirillik təhsil
sisteminə keçirilib. Hazırda
respublika üzrə 16 musiqi
və incəsənət məktəbi (15 məktəb
Bakıda, 1 məktəb Mingəçevirdə) 11 illik təhsil sistemi
üzrə fəaliyyət göstərir.
Uşaq
musiqi və incəsənət məktəblərinin
binalarında əsaslı təmir və yenidənqurma
işləri, yeni məktəb binalarının
inşası davam etdirilir.
İl ərzində paytaxtdakı M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin
binası əsaslı təmir və yenidənqurmadan sonra açılıb, C.Qaryağdıoğlu
adına 9 nömrəli uşaq musiqi məktəbinin yeni
binası istifadəyə verilib.
Hər iki məktəb müasir
avadanlıq və musiqi alətləri
ilə təchiz edilib. Həmçinin
nazirlik tərəfindən 15 adda 62 ədəd musiqi
aləti alınaraq respublikanın uşaq
musiqi və incəsənət məktəblərinə
verilib.
Bu il aprel-may aylarında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının
III respublika müsabiqəsi, iyunda uşaq musiqi və incəsənət məktəbləri
şagirdlərinin xanəndəlik ixtisası üzrə
Xan Şuşinski
adına II respublika muğam
festivalı, dekabrda Bülbül adına milli musiqi alətləri ifaçıları
və xanəndələrin II respublika
müsabiqəsi keçirilib. Təhsil müəssisələrinin şagirdləri
müxtəlif beynəlxalq müsabiqələrdə uğurlu nəticələrə imza atıblar. İstedadlı gənclərin
dəstəklənməsi və müvafiq
sahələr üzrə yüksək ixtisaslı kadrların
hazırlanması istiqamətində işin
davamı olaraq bu il də istedadlı gənclərin xarici ölkələrdə təhsil almasına
nazirlik dəstək göstərib.
Tədrisin keyfiyyəti daim diqqət
mərkəzindədir. “Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın
icrası istiqamətində müəllimlərin bilik və səriştəsinin test üsulu ilə sınaq
qiymətləndirilməsi aparılıb. İlkin olaraq paytaxtın
uşaq musiqi, incəsənət
və rəssamlıq məktəblərində çalışan
2700 müəllim sınaq qiymətləndirilməsində
iştirak edib.
2015-ci ildə respublikanın digər şəhər
və rayonlarında fəaliyyət göstərən
tədris ocaqlarında işləyən müəllimlərin
biliklərinin qiymətləndirilməsi planlaşdırılır.
Uşaq musiqi, incəsənət və rəssamlıq
məktəblərinin pedaqoji kadr təminatının vəziyyətinin
təhlili, təlim-tərbiyə işinin
təşkilinin qiymətləndirilməsi məqsədilə
monitorinqlər aparılıb, bir
sıra tədris müəssisələrinə yeni direktorlar
Mədəniyyət.-
2014.- 30 dekabr.- S. 7.