Ailə dəyərləri milli-mənəvi irsdir

 

Ailə dövlətin, cəmiyyətin əsasını təşkil edir. Milli-mənəvi dəyərlərin, mədəni irsin, xalqın genetik yaddaşının yaşadılması da ailədən başlanır. Ölkəmizin digər bölgələri kimi, Balakəndə də ailə dəyərlərinə böyük önəm verilir. 15 may - Beynəlxalq Ailə Günü münasibətilə rayonda keçirilən silsilə tədbirlər də bunun təsdiqi oldu.

Əlamətdar günlə bağlı rayon mədəniyyət və turizm, təhsil şöbələri, gənclər və idman idarəsi tərəfindən “Mənim ailəm, mənim fəxrimdir”, “Həyat ailədən başlayır”, “Mənim ailəm” və s. mövzularda inşa yazı və rəsm müsabiqələri keçirilib. Silsilə tədbirlərə rayon Mədəniyyət mərkəzində keçirilən “Sağlam həyat sağlam gələcəyin təminatçısıdır” mövzusunda dəyirmi masa ilə yekun vurulub.

Tədbir gənc istedadların hazırladığı konsert proqramı ilə yekunlaşıb.

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 9.