Qəbələ
- tarixdə və əfsanələrdə
Sentyabrın 25-də 2014-cü ilin “Əfsanələr paytaxtı” Qəbələdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “Əfsanələr diyarı - Qəbələ” mövzusunda dəyirmi masa keçirilib.
Qəbələ Mədəniyyət Mərkəzində gerçəkləşən tədbirdə rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Ətayə Osmanova, Elmi-Metodiki Mərkəzin direktoru, professor Vilayət İsmayılov çıxış edib.
Dəyirmi masada
AMEA-nın Folklor İnstitutunun
“Mərasim folkloru” şöbəsinin böyük elmi işçisi Atəş Əhmədlinin “Qəbələ
- tarixdə və əfsanələrdə”, rayon
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Xalis Məmmədovun
“Muzeylərimiz - dünənin, bu günün, sabahın aynası”, rayon Tarix-Bədii Qoruğunun
direktoru Bəhruz Şərifovun “Əfsanələr
paytaxtı “Qəbələ arxeologiya
dünyasında” mövzularında məruzələri dinlənilib.
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 7.