“Mən Azərbaycan
haqqında nə bilirəm?”
Yazı müsabiqəsində fərqlənən əcnəbi gənclər “Əfsanələr paytaxtı”nda
Gənclər və İdman Nazirliyinin Xarici İşlər Nazirliyi
ilə birgə bu ilin
aprel-may aylarında xarici
ölkələrin gəncləri arasında keçirdiyi
“Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı
müsabiqəsinin qalibləri respublikamızda
tanışlıq səfərində olublar.
Müsabiqənin yekunu olaraq
Avstriya, Avstraliya, Bəhreyn,
Fransa, İsveçrə, İsveç,
İspaniya, İordaniya,
Malayziya, Qətər, Tunis
və Xorvatiyadan olan
nümayəndə heyətləri avqust
ayında ölkəmizin bir sıra
bölgələrini gəziblər. Avqustun
26-dan 31-dək Qəbələyə səfər edən əcnəbi
gənclər rayonun tarixi
abidələri, zəngin təbiəti, turizm
və sənaye obyektləri ilə tanış olublar.
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 6.