Mədəni irs xalqlar arasında körpüdür
Qəbələnin mədəniyyət işçiləri Dağıstanda keçirilən festivalda iştirak ediblər
Avqustun 14-dən 16-dək Rusiya Federasiyasının Dağıstan Respublikasında ənənəvi “Tsamauri” II Beynəlxalq Mədəniyyət Festivalı keçirilib. Festivalda Dağıstanın, Çeçenistanın, İnquşetiyanın, Stavropol diyarının və Azərbaycanın yaradıcı kollektivləri, xalq mahnılarının ifaçıları, dekorativ-tətbiqi sənət ustaları iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd Rusiya və Azərbaycan xalqlarının çoxsahəli mədəniyyətinin birgə inkişaf etdirilməsi, xalqlararası dostluğun, sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsidir.
Festivala Azərbaycandan Qəbələ
rayonunun mədəniyyət işçiləri
də qatılıblar. Onların ifa etdikləri
milli xalq musiqiləri
dağıstanlı tamaşaçılar tərəfindən
hərarətlə qarşılanıb. Geniş
proqram əsasında keçirilən festivalda folklor, konsert və musiqi təqdimatları
ilə yanaşı, kütləvi idman yarışları
və əyləncəli tədbirlər də təşkil edilib. Müsabiqələrin və
yarışların qaliblərinə diplomlar,
hədiyyələr təqdim olunub.
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 5.