Gəncənin
sosial-mədəni inkişafında xidmətləri olan şəxslər
təltif olunub
Prezident İlham Əliyev fevralın 13-də Gəncə
şəhərinin sosial-mədəni inkişafında xidmətləri
olan şəxslərə Azərbaycan Respublikasının fəxri
adlarının verilməsi haqqında sərəncam
imzalayıb. Sərəncama əsasən, Məmmədəli
Balayev, Vaqif Şərifov, Fikrət Verdiyev “Xalq artisti”, Elxan
Abbasov, Elçin Elçiyev, Məmməd Cəfərov
“Əməkdar artist”, Əli Rüstəmli “Əməkdar
memar” adlarına layiq görülüb. Altı nəfərə
“Əməkdar müəllim” və “Əməkdar mühəndis”
fəxri adları verilib.
Mədəniyyət.- 2014.- 14
fevral.- S. 2.