“Gəncliyin səsi” festivalı davam
edir
Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr
edilmiş “Gəncliyin səsi” festivalının tədbirləri
davam edir.
Fevralın
5-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında gənc ədiblərin iştirakı ilə
“Poeziya saatı” keçiriləcək. Azərbaycan
Yazıçılar Birliyindən bildiriblər ki, tədbirdə
gənc şairlərdən Fərid Hüseyn, Vüsal Nuru, Xəyal
Rza, Elşad Ərşadoğlu, Vəfa Mürsəlqızı,
Günel Şamilqızı, Arzu Hüseyn və Ramil Əhməd
öz şeirlərini oxuyacaqlar.
Fevralın
5-də axşam isə Beynəlxalq Muğam Mərkəzində
IV muğam televiziya müsabiqəsi qaliblərinin
iştirakı ilə konsert olacaq. Konsertdə Mirpaşa
Şükürov, Sərxan Bünyadzadə, Ayşən
Mehdiyeva, Xətai Hacıyev, Ramiq Bayramlı, Babək Quliyev,
Gülnar Qüdrətli, Zümrüd Məmmədova
çıxış edəcəklər.
İfaçıları Xalq artisti, tarzən Adil
Bağırovun bədii rəhbərliyi ilə Əhsən
Dadaşov adına “Xatirə” xalq çalğı alətləri
ansamblı müşayiət edəcək.
Fevralın 7-də Azərbaycan Dövlət
Filarmoniyasında "Gəncliyin səsi" layihəsi
çərçivəsində növbəti konsert təqdim
olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestrinin (bədii rəhbər və dirijor Xalq artisti
Rauf Abdullayev) ifasında gənc bəstəkarların əsərləri
dinləniləcək. Proqrama Tural Məmmədlinin “Simfonik
poeması”, Əbrah Cavadın “Babək simfonik poeması”
daxildir. Gecədə həmçinin L.Qrendal, K.M.Veber və
İ.S.Baxın əsərlərindən parçalar ifa
olunacaq. Solistlər beynəlxalq müsabiqələr
laureatları Cəmilə Qarayusifli (skripka), Mustafa Xəlilov
(trambon), Emil Bağırov (klarnet), Səbuhi Axundovdur (alt).
Mədəniyyət.- 2014.- 5
fevral.- S. 2.