TÜRKSOY-un yubiley
medalları təqdim olunub
Məhəmməd Əmin Rəsulzadənin
130 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak
məqsədilə Ankarada
səfərdə olan
mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti
TÜRKSOY-un qərargahında qurumun baş katibi Düsen Kaseinovla görüşüb.
Görüş zamanı mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyevə və millət vəkili Qənirə Paşayevaya
TÜRKSOY-un 20 illik yubileyinə
həsr olunmuş
medal təqdim olunub.
Tədbirdə təşkilatın 20 illik fəaliyyəti haqqında film nümayiş etdirilib və gələcək əməkdaşlıq
məsələləri ətrafında fikir
mübadiləsi aparılıb.
Mədəniyyət.- 2014.- 5
fevral.- S. 5.