“Şərəfin sandığı”nda görünənlər

 

Yanvarın 31-də Sumqayıt Dövlət Musiqili Dram Teatrında “Şərəfin sandığı” tamaşasının nümayişi olub. Tamaşanın nümayişi qarlı havaya rəğmən anşlaqla keçib. Mirzəağa Atəşin pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluş müəllifi teatrın baş rejissoru Firudin Məhərrəmovdur. Səhnə əsərində əsas rolları Növrəstə Həşimova, Sədaqət Nuriyeva, İlahə Səfərli, Yeganə Məmmədəliyeva, Rauf Ağakişiyev, Cəlal Məmmədov və Yalçın Səlimov ifa ediblər.

 

Mədəniyyət.- 2014.- 5 fevral.- S. 6.