Filarmoniyada təsviri sənət və musiqi axşamı

 

Gənclər Gününə həsr edilmiş “Gəncliyin səsi” festivalı çərçivəsində daha bir təsviri sənət və musiqi axşamı yanvarın 31-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşdi.

Filarmoniyanın foyesində gənc rəssamların əl işləri sərgilənirdi. Sərgidə Aqşin Kazımov, Nizar Məmmədov və Turan Muxtarzadənin 20-yə yaxın rəsmi nümayiş olunurdu. Müxtəlif janrlarda çəkilmiş rəsmlər tamaşaçıların böyük marağına səbəb oldu.

Sonra Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında konsert proqramı təqdim edildi.

Konsertdə əvvəlcə gənc musiqiçilər Tural Əliyev və Röya Hüseynovanın simfonik poemaları ifa olundu. Bu əsərlər ilk dəfə səsləndirilirdi. Proqramda həmçinin Georq Nerudanın “Trubaorkestr üçün konsert”, David PopperinTarantella”, Edvard QriqinPianoorkestr üçün konsert. I hissə”, Sesil Forsaytın “Altorkestr üçün konsert. I hissə”, Jül Demerssmanın “Fleytaorkestr üçün 6 saylı konserti səsləndirildi.

Konsertin solistləri beynəlxalq müsabiqələr laureatları Nəcəf Vəliyev (truba), Ağarəhim Quliyev (fleyta), Məsumə Dadaşova (piano), Murad İbrahimov (violonçel) və Ziba Rəcəbli (viola) idilər. Musiqi axşamı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 5 fevral.- S. 9.