“Azərbaycan ailəsi”
film festivalı
Fevralın 3-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Azərbaycan ailəsi” altıncı film festivalının açılış mərasimi keçirilib.
Festival Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və BMT-nin Əhali Fondunun birgə layihəsidir.
Tədbirdə ADMİU-nun prorektoru Rafiq Sadıqov layihənin əhəmiyyətindən danışıb.
AQUPDK sədrinin müavini
Aynur Sofiyeva festival haqqında məlumat verib. Bildirilib ki, 2009-cu ildən
keçirilən festivallarda
150-dək film təqdim edilib.
Onlardan
20-yə yaxını xarici
film olub. ADMİU-nun tələbələri festivalda
fəal iştirak edərək mükafatlara
layiq görülüblər.
Dövlət Komitəsinin sədri
Hicran Hüseynova rəhbərlik
etdiyi münsiflər heyətinə
tanınmış incəsənət, kino,
televiziya xadimləri, Mədəniyyət
və Turizm Nazirliyinin
sektor müdiri Yusif Şeyxov, BMT-nin Əhali Fondunun proqram müşaviri Bəhicə
Əliyeva daxildirlər. Həvəskar və professional rejissorlar, televiziya əməkdaşları, tələbələr
materialları aprelin 20-dək müsabiqəyə
təqdim edə bilərlər. Müsabiqə barədə ətraflı
məlumat www.scfwca.gov.az saytında yerləşdirilib.
Mədəniyyət.- 2014.- 5
fevral.- S. 11.