Qusarda gənc rəssamların sərgisi
Qusar Dövlət Rəsm Qalereyasında 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gənc rəssamların əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgidə yerli həvəskar rəssamların müxtəlif mövzularda 35-dən artıq rəsmi nümayiş edilir. İlqar Burziyevin, Zöhrab Nağıyevin, Kəmalə Hacıyevanın, Aygün Qubatovanın, Nərgiz Hüseynəliyevanın əl işləri qalereyaya gələnlərdə xoş təəssürat yaradır.
Qeyd edək ki,
Qusar Dövlət Rəsm Qalereyası
ötən ilin sentyabrından müasir üslubda
genişləndirilmiş, hər cür
şəraitə malik olan
yeni binada fəaliyyət
göstərir.
Mədəniyyət.- 2014.- 5
fevral.- S. 12.