Kannda Azərbaycan cazının rüzgarı

 

İsfar Sarabski MİDEM festivalında solo konsertlə çıxış edib

 

Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö beynəlxalq musiqi festivalının qalibi, Əməkdar artist İsfar Sarabski Kannda keçirilən MİDEM beynəlxalq festivalında iştirak edib.

Azərbaycanlı cazmenin solo konserti şəhərin məşhur “Majestic Barierehotelinin “Diane” salonunda təşkil olunub.

İsfar Sarabski konsertdə Pyotr Çaykovskinin, Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, öz kompozisiyalarını da ifa edib. Onun hər çıxışı caz həvəskarları tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Konsertdə Kann bələdiyyəsinin rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, festival iştirakçıları digər qonaqlar iştirak ediblər.

Kann sakini Jilber Konstan konsertdən zəngin təəssürat aldığını bildirərək ötən ilin iyulunda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şəhərdə keçirilənAzərbaycan Günləriçərçivəsində musiqimizlə yaxından tanış olduğunu deyib: “Azərbaycan musiqisinə vurğunluq məni yenidən istedadlı cazmen İsfar Sarabskinin konsertinə gətirdi. Onun klassik musiqinizi müasir cazla özünəməxsus tərzdə imrpovizə etməsi məni valeh etdi. Bir daha əmin oldum ki, Azərbaycan təbii sərvətləri ilə yanaşı, həm zəngin mədəniyyətə malik bir ölkədir”.

Konsert zamanı tamaşaçılara Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə nəşr olunmuş klassik, muğam, caz pop musiqi janrlarından bəhs edən kitablar broşürlər, habelə gənc cazmenin diskləri təqdim olunub.

İsfar Sarabski çıxışından sonra jurnalistlərə müsahibə verib. Fransanın www.rivierajazzmag.com internet resursunda MİDEM beynəlxalq musiqi festivalı haqqında yazıda Braziliya, Koreya Respublikası, Azərbaycan, Malayziya, Avstraliya digər ölkələrin tanınmış cazmenlərinin konsert proqramı ilə çıxışı barədə məlumat əksini tapıb.

 

Mədəniyyət.- 2014.- 5 fevral.- S. 16.