Kitablarımız Minskdə beynəlxalq sərgi-yarmarkada

 

Fevralın 5-də Belarusun paytaxtı Minskdə XXI Minsk Beynəlxalq kitab sərgi-yarmarkası (MBKSY) açılıb. Tədbirdə dünyanın 26 ölkəsindən, o cümlədən Azərbaycandan 600-dən çox nəşr təqdim olunub. Çoxlu sayda müxtəlif nəşriyyat layihəsi budəfəki sərgi-yarmarkanın fərqləndirici xüsusiyyətidir.

Fevralın 6-da sərgidə “Kitabxana günüolub, kitab təqdimatları, müəlliflərlə görüşlər, avtoqraf sessiyaları keçirilib. Fevralın 8-də “Uşaq kitabı günü” keçiriləcək, Belarus və əcnəbi yazıçıların iştirakı ilə “Uşaq dünyası: gələcəyə baxış” mövzusunda dəyirmi masa təşkil olunacaq.

Bundan əlavə, MDB iştirakçısı olan dövlətlərdə keçirilən kitab sərgiləri və yarmarkalarının təşkilatçıları Şurasının və Kitab Palataları Rəhbərləri Şurasının iclası keçiriləcək.

Sərgi fevralın 9-dək davam edəcək. Tədbirin təşkilatçıları Belarus İnformasiya Nazirliyi, “Belkniqa” ASC və “MakbelMMC-dir.

 

Mədəniyyət.- 2014.- 7 fevral.- S. 2.