Mədəniyyət
və turizm naziri səfirlərlə
görüşüb
Ölkəmizin Kuba, Niderland və
Türkmənistanla mədəniyyət və turizm
əlaqələri müzakirə olunub
Fevralın 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kuba Respublikasının Azərbaycandakı səfiri Omar Medina Quintero, Niderland Krallığının ölkəmizdəki diplomatik nümayəndəsi Robbert Qabriyelsen və Türkmənistan səfiri Toylı Komekov ilə görüşüb.
Görüşlərdə Azərbaycanın Kuba, Niderland və Türkmənistanla əməkdaşlıq perspektivləri, mədəniyyət və turizm sahəsində mövcud əlaqələrin daha da genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.
Səfirlər ölkəmizlə əməkdaşlığın
uğurla davam etdirildiyini vurğulayıblar, əlaqələrin
hazırkı inkişaf səviyyəsindən
məmnunluq ifadə olunub.
Mədəniyyət.- 2014.- 7
fevral.- S. 3.