Üzeyir Hacıbəyli adına mükafat təsis olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti bir sıra mükafatların təsis edilməsinə dair qərar qəbul edib. Qərar elmin inkişafına böyük töhfələr verən, mühüm nailiyyətlər əldə edən alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa sövq etmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə qəbul olunub.

Qərara əsasən, Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, akademiklər Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov, Yusuf Məmmədəliyev və Musa Əliyev adına mükafatlar təsis olunub. Akademiyanın Mərkəzi Aparatının Elmi-təşkilat idarəsinə “Azərbaycanın görkəmli alimlərinin adına AMEA mükafatlarının Əsasnaməsi”nin hazırlanması həvalə olunub.

 

Mədəniyyət.- 2014.- 7 fevral.- S. 3.