Teatrımızın canlı əfsanəsinin 90 yaşı tamam oldu

 

Fevralın 6-da Azərbaycan teatrının canlı korifeyi, görkəmli sənətkar, Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti, “Şöhrət” ordenli Firəngiz Şərifzadənin 90 yaşı tamam olub.

Bu münasibətlə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva sənətkarı ziyarət edərək, doğum günü münasibətilə təbrik ediblər.

Azərbaycan teatrının korifeyləri - Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində dünyaya gələn Firəngiz Şərifzadə zəngin sənət yolu keçib. Müxtəlif tamaşalarda yaratdığı rəngarəng obrazlar qalereyası onu xalqın sevimlisinə çevirib. Geniş yaradıcılıq potensialına və hər obraza xüsusi yanaşma bacarığına malik aktrisa «Keçən ilin son gecəsi» (Anar), «Mahmud və Məryəm», « dəvə» (Elçin), «Söhrab və Rüstəm» (İskəndər Coşğun), «Anacan» (Yusif Əzimzadə), «Sən nə üçün yaşayırsan?» (İmran Qasımov, Həsən Seyidbəyli), «Rübailər aləmində» (Məmmədhüseyn Təhmasib), «Şəhidlər» (Bəxtiyar Vahabzadə) və tamaşalarda yaddaqalan rollar oynayıb.

 

Mədəniyyət.- 2014.- 7 fevral.- S. 4.