“Aləmdə səsim
var mənim” və “Palıd ömrü”
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin «Azərbaycantelefilm» Yaradıcılıq Birliyində yeni ekran əsərləri ərsəyə gəlib. Klassik şair Seyid Əzim Şirvaninin həyat və yaradıcılığına həsr olunmuş “Aləmdə səsim var mənim” adlı bədii-sənədli filminin çəkilişləri Bakıda və Şamaxıda aparılıb. Filmdə şairin obrazını Əməkdar artist Pərviz Bağırov canlandırıb. Ssenari müəllifi Zərnişan Ağayeva, rejissor Vasif Məmmədzadə, operator Zahid Bağırovdur.
“Palıd ömrü” sənədli
filmi isə görkəmli yazıçı-dramaturq,
maarifpərvər Nəcəf bəy Vəzirovun ömür yolundan və
yaradıcılığından bəhs edir.
Tamaşaçılar Nəcəf bəy Vəzirovun meşəçiliyə
həsr olunmuş “Palıd” adlı elmi əsəri haqqında da
məlumat əldə edəcəklər. Ədibin
obrazını aktyor Cəlal Məmmədov
canlandırıb. Ssenari müəllifi Yaqub Əlioğlu, rejissor
Tural İzzətli, operator
Adil Abbasovdur.
Mədəniyyət.- 2014.- 7
fevral.- S. 11.