Dialoq: elmdinin vəhdəti”

 

Milli Kitabxanada “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində “Dialoq: elmdinin vəhdəti” mövzusunda növbəti görüş keçirilib.

İctimai Birliyin sədri Solmaz Əmirli tədbiri açaraq mövzunun aktuallığından, hər bir cəmiyyətdə elmdinin vəhdətinin vacibliyindən danışdı: “Dinlə elmin vəhdəti realdır, çünki təməldə dinlə elm bir-birinin içində, bir-birinin tərkibindədir. İnanırıq ki, dinlə elmin yenidən bir araya gəlməsi insanlığın mənəvi dəyərlər üzərində inkişafına yardımçı olacaq, yeni elmi dəyərlərə, elmi kəşflərə zəmin yaradacaq”.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov, Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Sadıq Əraslan, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov, fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova, filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı, fəlsəfə üzrə fəlsəfə doktorları Elvüsal Məmmədov, İradə Zərqan, TUSİAB baş katib yardımçısı Səlcuq Düzgün, Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Nazim Hüseynov və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd olunub ki, heç bir elm dinin xaricində deyil, onların vəhdəti sayəsində bəşəriyyət yeniliklərə nail olub. İslamda elmdinin ən mükəmməl şəkildə bir-birini tamamladığı, bir-birindən qaynaqlandığı fakt və dəlillərlə şərh edilib. Bildirilib ki, XXI əsrin insanı elmlə dini vəhdət şəkildə qəbul edərsə, daha çox dəyərlərə, nailiyyətlərə sahib olar.

Tədbir iştirakçıları milli-mənəvi dəyərlərin qorunması və təbliğinə öz töhfəsini verən “Aydınlığa doğruİctimai Birliyinin sədri Solmaz Əmirliyə belə bir maraqlı mövzuda tədbirin təşkilinə görə təşəkkürlərini bildiriblər.

 

Mədəniyyət.- 2014.- 7 fevral.- S. 13.