“Yalnız ona doğru”
Fevralın 11-də “Four season” mehmanxanasında Əməkdar artist Fərqanə Qasımovanın “Yalnız ona doğru” adlı ilk solo albomunun təqdimatı olub. Alboma 11 mahnı daxildir, onlardan ikisi Xalq artisti Alim Qasımov ilə duetdir. Alboma Cahangir Cahangirov, Oqtay Kazımov, Ramiz Mirişli kimi görkəmli bəstəkarların mahnıları ilə yanaşı, Alim Qasımovun bir, xanəndənin özünün iki bəstəsi daxildir. Alboma həmçinin bir türk musiqisi və ingilis dilində mahnı da daxil edilib. Sənət nümunələri orijinal aranjiman və xanəndənin nadir ifası ilə yeni həyat qazanıb.
İl yarımlıq zəhmət
sayəsində ərsəyə gəlmiş albom
“SS Production” reklam agentliyi və “Nar
Mobile”ın dəstəyi ilə dünyanın ən
qabaqcıl istehsalçılarından biri
olan Avstriyanın “Sony
DADC” şirkətində istehsal edilib.
Mədəniyyət.- 2014.- 12
fevral.- S. 2.