Firəngiz
Əlizadə “Mega-music” layihəsində
Xəbər verildiyi kimi, müasir musiqinin fəlsəfi-estetikasını yenidən yaradan, avanqard musiqinin patriarxı hesab edilən məşhur Amerika bəstəkarı Con Keycin 100 illiyinə həsr edilən “Mega-music” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Almaniya və ABŞ-ın 100-dək tanınmış bəstəkarının iştirakı ilə “Cage-100” əsəri hazırlanıb. Bu əsərin özəlliyi ondadır ki, hər bəstəkar öz üslubunu saxlamaqla özündən əvvəlki həmkarının not sətirlərini davam etdirir.
Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, professor Firəngiz Əlizadə də almaniyalı bəstəkarların siyahısında bu layihəyə cəlb edilib.
Müasir musiqinin
ən yeni texnologiyalarının əks olunduğu “Mega-music” layihəsinin
premyerası ötən ilin oktyabrında
Nyu-Yorkdakı “Miller-Theatr”da
keçirilib. Yanvarın sonlarından
etibarən isə “Cage-100” layihəsinin Avropada
premyerası başlanıb. Əsərin əlyazması nəfis
şəkildə nəşr edilərək layihədə iştirak edən bəstəkarlara hədiyyə
olunub. Firəngiz Əlizadə layihədə
88-ci sıradadır.
Mədəniyyət.- 2014.- 12
fevral.- S. 3.