“Gəncliyin səsi” festivalı başa çatdı
Azərbaycan Gəncləri Günü
münasibətilə Mədəniyyət
və Turizm Nazirliyinin təşkil etdiyi “Gəncliyin səsi” festivalı başa çatdı. Fevralın
7-də Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın
son musiqi gecəsi keçirildi. Gecədə
Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və dirijorluğu ilə Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestri çıxış etdi.
Festivalın yekun konsertində
İohann Sebastyan Bax, Karl Mariya Veber, Lauri Grendahl,
həmçinin gənc
bəstəkarlardan Tural
Məmmədli, Cavad Abrahe, Məmmədağa Ümidovun əsərləri
səsləndirildi. Əsərləri beynəlxalq müsabiqələr
laureatları Mustafa Xəlilov,
Emil Bağırov, Cəmilə
Qarayusifli və Səbuhi Axundov ifa edirdilər.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 12
fevral.- S. 4.