İstedadlı gənclər
hər zaman diqqət mərkəzindədir
“Gəncliyin səsi” festivalı
iştirakçılar üçün unudulmaz xatirəyə
çevrildi
Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda 1997-ci ildən qeyd olunan Gənclər Günü bu il də rəngarəng tədbirlərlə yadda qaldı. Hər il bu əlamətdar gün münasibətilə müxtəlif sahələrdə çalışan gənclər bir araya gələrək öz nailiyyətlərini qeyd edirlər, bir növ hesabat verirlər. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 26 yanvar - 7 fevral tarixlərində gerçəkləşən “Gəncliyin səsi” festivalı da yaradıcı gənclərimizin növbəti sənət hesabatı oldu. Festival çərçivəsində muğam və klassik musiqilərdən ibarət konsertlər, sərgilər, gənc ədiblərlə görüşlər keçirildi. Festival iştirakçısı olan gənclərin bir neçəsi ilə görüşüb təəssüratlarını öyrəndik.
Festivalın rəngləri
Turan Muxtar
(Dövlət Rəssamlıq
Akademiyasının məzunu):
Bu gün dövlətimiz tərəfindən gəncliyə göstərilən diqqət və qayğı, yaradılan şərait hər bir gənc azərbaycanlı kimi məni də ruhlandırır. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi builki festival bizi xüsusilə sevindirdi. İndiyədək bir çox festivallarda iştirak etmişik, Almaniyada, Sinqapurda, Türkiyədə sərgilərimiz təşkil edilib. Bunların hamısı dövlətimizin dəstəyi ilə reallaşıb. “Gəncliyin səsi” festivalına beş əsərlə qatıldım və sərgiyə gələnlərin rəsmlərə marağı mənim həvəsimi daha da artırdı. Tədbirlər çox gözəl təşkil edilmişdi. Festivalda yaradıcı gənclərimiz, o cümlədən təsviri sənətlə məşğul olan bizlər yaradıcılıq axtarışlarımızı ictimaiyyətə təqdim etmək imkanı qazandıq.
Aqşin Kazımov
(Dövlət Rəssamlıq
Akademiyasının məzunu):
“Gəncliyin səsi” festivalına dəvət aldığım üçün çox məmnunam. Düzdür, bundan öncə də festivallarda iştirak etmişəm, sərgilərim təşkil edilib, mükafatlara layiq görülmüşəm. Bu festival mənim yaradıcılığıma daha bir səhifə əlavə etdi. Ötən il ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Türkiyənin Dolmabaxça sarayında təşkil edilən sərgidə uğur qazandım, daha sonra “Bakının işıqları” adlı rəsm müsabiqəsində birinci yerə layiq görüldüm. 2013-cü ildə həmçinin TÜRKSOY-un təşkil etdiyi türkdilli dövlətlərin gənc rəssamlarının sərgisində birinci yeri qazandım. “Gəncliyin səsi” festivalı çərçivəsində gənc rəssamların sərgilərinin təşkilini yüksək qiymətləndirirəm. Gənclərə göstərilən diqqət və qayğı bizə stimul verir, daha böyük uğurlara ruhlandırır.
Yaxın gələcəkdə tanınmış sənətkar, Əməkdar rəssam Sakit Məmmədovun tələbələri olaraq “Portuqaliya Azərbaycan rəssamlarının gözü ilə” və “Rusiya Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgilərdə iştirak edəcəyik. İnanıram ki, bu tədbirlər də uğurla keçiriləcək. Bütün uğurlarımda müəllimim Sakit Məmmədovun əməyi danılmazdır və ona öz təşəkkürlərimi bildirirəm.
Nizar Məmmədov
(Dövlət Rəssamlıq
Akademiyasının məzunu):
Bu günə kimi Rusiyada, Sinqapurda, İtaliyada, İsveçdə və s. ölkələrdə sərgilərim keçirilib. Türkiyənin Dolmabaxça sarayında keçirilən gənclər arasında sərgidə qızıl medala layiq görüldüm. Koreyada təşkil olunan “Koreya Azərbaycan rəssamlarının gözü ilə” sərgisində birinci yeri qazandım. Bütün bu nailiyyətlərimdə sözsüz ki, dövlətimizin diqqət və qayğısı, müəllimlərimizin əməyi böyükdür. Rəssamlıqdan əlavə, filmlərdə də çəkilirəm və buna görə də deyə bilərəm ki, ümumilikdə mədəniyyət, incəsənət sahəsində çalışan istedadlı gənclər hər zaman diqqət mərkəzindədirlər. “Gəncliyin səsi” festivalında sərgimiz qarlı-şaxtalı günlərə təsadüf etməsinə baxmayaraq, insanların bu tədbirə, əl işlərimizə marağı bizi çox sevindirdi. Festivalın təşkilatçılarına minnətdarlığımızı bildiririk.
Festival istedadların üzə
çıxmasına bir vəsilədir
Tural Məmmədli (bəstəkar):
- “Gəncliyin səsi” festivalı mənim üçün də çox əlamətdar oldu. “Zirvəyə doğru” simfonik poemam ilk dəfə səsləndi. Bu mənim üçün mühüm uğur, gənc bəstəkar kimi böyük xoşbəxtlikdir. Əsərin Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında, Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə səslənməsi xüsusilə qürurvericidir. Burada ixtisas müəllimim, üzərimdə böyük zəhməti olan Nazim Mirişlinin də adını xüsusi vurğulamaq istərdim. Gənclər Günü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi hər il tədbirlər keçirir. “Gəncliyin səsi” festivalı da çox şən əhvalda keçdi. Şaxtalı hava festivalın yüksək səviyyədə təşkilinə mane ola bilmədi. Belə festivallar gənc istedadların üzə çıxmasına bir vəsilədir.
Cavad Abrahe (bəstəkar):
- “Gəncliyin səsi” festivalı çərçivəsində ilk dəfə “Babək” simfonik poemam səsləndi. Biz bəstəkarlara öz əsərlərimizi möhtəşəm salonlarda təqdim etmək imkanı yaratdığına görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm. Cənubi Azərbaycandanam və Bakı Musiqi Akademiyasını 2012-ci ildə bitirmişəm. Xalq artisti, professor Arif Məlikov başda olmaqla, bütün müəllimlərimə, xüsusən Ceyhun Allahverdiyə dərin təşəkkürümü bildirirəm. Beş il Bakıda yaşadım və burada gənclərin aktivliyinin, istedadının şahidi oldum. Açıqfikirli, intellektual gənclik məni heyran etdi.
Dövlətin gələcəyi
gəncliyin üzərində qurulur
Tofiq Şıxıyev
(BMA-nın 2-ci kurs tələbəsi):
- Əməkdar incəsənət
xadimi, professor Oqtay Abasquliyevin sinfində təhsil alıram. Festivalda iştirakımdan məmnun qaldım. Gənc pianoçuların iştirakı
ilə klassik musiqi axşamında S.Raxmaninov və F.Şopenin əsərlərini
ifa etdim. Festivalda iştirak edən dostlarımın da uğurlarına çox sevinirəm. Bu günə kimi bir çox festivallarda iştirak etmişəm. Bundan sonra
da çalışacağam
ki, qatıldığım
bütün müsabiqə
və festivallarda respublikamızın incəsənətini
layiqincə təmsil edim. Bu il
Gənclər və İdman Nazirliyinin gənclər mükafatına
layiq görüldüm.
Göstərilən diqqət məni
daha da irəli
addımlamağa sövq
edir. Nə qədər enerjimiz
var, daim axtarışda olmalıyıq.
Aslan Aslanov
(BMA-nın
3-cü kurs tələbəsi):
- Bir çox respublika və beynəlxalq müsabiqələrin
iştirakçısı olmuşam.
“Gəncliyin səsi”
festivalı biz gənclər
üçün böyük
fürsətdir. Festival
günlərində rəngarəng
tədbirlərin şahidi
olduq. İfa etdiyim əsərlər
bəyənildi. Yaradıcı gənclərə yaratdığı
imkana görə Mədəniyyət və
Turizm Nazirliyinə təşəkkürümü bildirirəm. Dövlətin gələcəyi gəncliyin
üzərində qurulur.
Dövlətimiz də bütün
bunları nəzərə
alaraq hər zaman gənc kadrlara diqqətini artırır.
Aqşin İsmayılov
(BMA-nın
4-cü kurs tələbəsi):
- Xalq artisti Murad
Adıgözəlzadənin sinfində təhsil alıram, Prezident təqaüdçüsüyəm. Festivaldan çox razı qaldım. Təşkil edilmiş konsertdə
F.List və V.Motsartın əsərlərini
ifa etdim. Gənclər Günündə ilk dəfə 2012-ci ildə mükafat almışdım.
Bu il təşkil
edilən “Gəncliyin
səsi” festivalı təkcə məni deyil, sənət dostlarımı da çox sevindirdi. Gələcəkdə təhsilimi xarici
dövlətlərin birində
davam etdirmək fikrindəyəm. İnanıram ki, hər zaman
olduğu kimi, bu istəyimin həyata keçməsində
də dövlətin diqqət və qayğısını hiss edəcəyəm.
Bu gün bir
çox gənclərimiz
məhz dövlətimizin
qayğısı ilə
dünyanın qabaqcıl
təhsil müəssisələrində
öz bilik və savadlarını artırır, ixtisaslaşmış
kadrlar kimi qayıdaraq ölkəmizə
fayda verirlər.
Onlar Azərbaycan musiqisinin gələcəyi, sabahıdır.
Bütün yaşıdlarıma uğurlar arzu edir, “Gəncliyin səsi” festivalının
təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 12
fevral.- S. 5.