Üç gün sonra artıq özümüzü ölkəmizdəki kimi hiss etdik

 

Burada olduğum müddətdə bir daha gördüm ki, insanlar Hindistan filmlərini çox sevirlər. Bu il Bakıda “Hind kinosu həftəsi” keçirməyi planlaşdırırıq”

 

Hindistan - əfsanəvi sərvətlər diyarı... Qədim və orta əsrlər tarixində bu Şərq ölkəsi məhz belə xarakterizə olunurdu. Çünki Tanrı bu ölkədən insan üçün lazım olan sərvətlərin heç birini əsirgəməyib. Hindistan əsrarəngiz memarlıq abidələri, musiqisi, ədəbiyyatı, fəlsəfi fikri ilə dünya mədəniyyəti xəzinəsinə böyük töhfələr verib. Müasir dövrdə bu ölkə özünün kinematoqrafiyası ilə də məşhurlaşıb. İndiki orta və yaşlı nəslin nümayəndələri bir vaxtlar hind filmlərinin qızğın pərəstişkarı idi, məşhur aktyorların adını əzbər bilirdi. Azərbaycanda Hindistan mədəniyyətinə, incəsənətinə maraqsevgi yenə də böyükdür. Çünki iki ölkənin xalqları arasında hələ qədim zamanlardan yaranmış tarixi-mədəni bağlılıq var. Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar ilə söhbətimizdə də bu məqamlara nəzər saldıq.

- Cənab səfir, bundan əvvəl digər xarici ölkələrdə diplomat kimi fəaliyyət göstərmisiniz. Maraqlıdır, Azərbaycana təyinatı necə qarşıladınız?

- Ölkənizə gəlməzdən öncə onun haqqında qismən məlumata malik idim. Bilirdim ki, 1991-ci ildə müstəqillik əldə etmiş ölkə böyük çətinliklərlə, müharibə ilə üzləşib. Bununla belə, ötən müddətdə xeyli problemləri həll edə bilib, iqtisadiyyatı böhrandan çıxarıb, xüsusilə son illər mühüm inkişaf yolu keçib. Eyni zamanda, bilirdim ki, bizim insanlarımız, ailə dəyərlərimiz, hətta yeməklərimiz arasında da müəyyən oxşarlıqlar var. Ona görə də bütün bunları öz gözlərimlə görmək istəyirdim. Almaniyadakı diplomatik fəaliyyətimin başa çatması ilə əlaqədar Dehliyə qayıtdıqdan bir qədər sonra Hindistan Xarici İşlər Nazirliyinə müraciət edərək səfir kimi Azərbaycanda çalışmaq istədiyimi bildirdim. Lakin mənə söylədilər ki, ora uzaq ölkədir və bəlkə bir də fikirləşəsən. Mən isə istəyimi bir daha bildirdim sonda buraya gəldim.

Təsəvvür edin, Bakıya gələndən cəmi 3 gün sonra mən ailəm artıq özümüzü doğma ölkəmizdəki kimi hiss etdik. Müqayisə üçün deyim ki, Almaniyada yaşamaq mənə ilk 3 ay çətin olmuşdu. Bakıda bir daha xalqlarımızın oxşarlığının şahidi oldum. İnsanlar mehriban, dostpərvərdir. Hətta burda olduğum müddətdə yerli toylarda da iştirak etmişəm gördüm ki, bu mərasimimiz arasında da bənzərliklər mövcuddur. Bazarlara da getmişəm onların bizim bazarlara necə bənzədiyinin şahidi olmuşam. Tez-tez şəhəri gəzməyə çıxıram. Təbii ki, hindistanlı atəşpərəstlərin burada yaratdığı Atəşgah məbədinə gedirəm.

- Azərbaycan Hindistan arasında əlaqələrin mövcud durumunu necə qiymətləndirirsiniz?

- İki ölkə arasında çox gözəl münasibətlər var. Bu əlaqələrin tarixi əsrlər öncəsinə gedib çıxır. Lakin bu münasibətlər mövcud potensialdan çox uzaqdır. Bu gün Hindistan dünyanın inkişaf etməkdə olan böyük ölkəsidir. Azərbaycan da mühüm inkişaf yolundadır, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Hesab edirik ki, münasibətlərimizi iki ölkənin real potensialına uyğun qurmaq üçün hələ çox işlər görməliyik. Eyni zamanda, düşünürəm ki, son vaxtlar atılan addımlar bu istiqamətdə öz təsirini göstərəcək. Məsələn, 2012-ci ildə Hindistanın 4 naziri geniş nümayəndə heyətləri ilə Azərbaycana səfər edib. Azərbaycandan da sənaye energetika naziri, xarici işlər naziri Hindistanda olub, digər nazirlərin səfərləri planlaşdırılır. Ümid edirik ki, bu cür görüşlər qarşılıqlı əlaqələrə töhfə verəcək. Hindistan dünyada informasiya texnologiyalarının inkişaf etdiyi ölkə kimi ad çıxarıb. Ölkəmizdə sənaye, kənd təsərrüfatı, əczaçılıq, elektron, kosmik sənaye sahələri uğurla inkişaf edir. Bu gün hindistanlı mütəxəssislər hətta Fransa Almaniya kimi güclü sənaye dövlətlərinə öz peyklərini kosmosa çıxarmağa kömək göstərir.

- Bakıdakı Atəşgah məbədindən bəhs etdiniz. İçərişəhərdə hind memarlıq nümunəsi olan Atəşgah üslubunda tikilən Multanı karvansarayı var. Bu abidələrlə insanlar həm orta əsr Hindistan memarlığı ilə tanış olurlar...

- Əlbəttə, bu abidələr bir daha ölkələrimiz, xalqlarımız arasında əlaqələrimizin qədim tarixini göstərir. Bəlli olur ki, zaman-zaman Azərbaycana Hindistandan təkcə tacirlər deyil, həm dindarlar gəlib. Onlar oda, atəşə sitayiş ediblər. Atəşpərəstlik Azərbaycanın da qədim dinlərindən olub bu da bizim digər oxşarlığımızdır. Məsələn, Novruz bayramında tonqal qalanır onunla bağlı müxtəlif ayinlər həyata keçirilir. Bu gün Hindistanda yaşayan parslar atəşpərəstdir. Bizim ölkəmizdə Novruza bənzər bayram qeyd edilir. Bütün bu tarixi-mədəni məqamlar bu gün əlaqələrimizi inkişaf etdirmək üçün zəmindir. Onu da deyim ki, Azərbaycanın sovetləşməsindən sonra birbaşa əlaqələrimiz kəsildi bütün münasibətlər Moskva tərəfindən tənzimlənməyə başladı. Doğrudur, bu gün Azərbaycanla əlaqələr qurmaq asanlaşıb. Lakin bu xüsusda mühüm maneə ölkələrimiz arasında birbaşa aviasiya əlaqəsinin olmamasıdır.

- Yeri gəlmişkən, ölkələrimiz arasında turizm sahəsində əlaqələr hansı səviyyədədir?

- Etiraf edim ki, insanlararası münasibətlər yüksək səviyyədədir. Əlbəttə, Hindistanda çoxlu zəngin şəxslər yaşayır onlar səyahət etməyi sevirlər. Qeyd etdiyim kimi, ölkələrimiz arasında birbaşa hava reysi olarsa, Azərbaycana Hindistandan xeyli turist gələr. Turizm əlaqələri üçün çox gözəl imkanlarımız var, amma hazırda Hindistandan Azərbaycana Azərbaycandan Hindistana səfər etmək istəyənlər bir neçə marşrut dəyişməli olurlar. Biz bunu müvafiq dövlət qurumları ilə müzakirə etmişik. Əsas problemlərdən biri Hindistanda Azərbaycanla bağlı informasiyanın az olmasıdır. Mən Hindistanda Azərbaycana gedəcəyimi deyəndə məndən oranın harada olduğunu soruşdular. Çünki Azərbaycan 20 ildir müstəqildir ondan öncə biz yalnız SSRİ-nin mərkəzini - Moskvanı tanımışıq. Hazırda Azərbaycan sürətlə inkişaf edir ümidvaram ki, yaxın vaxtlarda birbaşa hava reyslərinin açıldığının şahidi olacağıq. Nəticədə gediş-gəlişin sayı artacaq. Qeyd edim ki, ölkəniz əvvəlki illərlə müqayisədə son dövrlər beynəlxalq səviyyədə daha çox tanınmağa başlayıb. Azərbaycanın şöhrəti yayıldıqca, bundan xəbər tutan insanlar təbii olaraq ölkənizi görmək istəyəcəklər. Azərbaycanın Dehlidəki səfirliyində viza alınmasının asanlaşdırılması da işin xeyrinə olar. Onu da nəzərinizə çatdırım ki, Azərbaycanın yerləşdiyi geosiyasi mövqe Hindistan üçün əhəmiyyətlidir. Ölkəniz həm Şərq-Qərb, həm Şimal-Cənub dəhlizi üzərində körpü rolunu oynayır. Məsələn, Hindistandan Avropaya daşınan yüklər İran vasitəsilə Azərbaycana, buradan isə Rusiyaya, daha sonra da Avropaya çatdırılır. Bu isə bizim ölkə üçün əlverişlidir. Bu baxımdan Hindistanla Azərbaycan nəinki ikitərəfli, hətta üçüncü ölkədə birgə fəaliyyət qura bilərlər.

- Cənab Kumar, tarixən mövcud olan mədəni əlaqələrimizə toxundunuz. Bu əlaqələr bu gün necə inkişaf edir?

- Əslində, mədəniyyətə çox sahələr daxildir: ailə dəyərləri, incəsənət, rəsm, rəqs, mahnı, bayramlar, dil s. Yeri gəlmişkən, Azərbaycan hind dillərində oxşar sözlər var: məsələn, “qələm-kalam”, “çay-çay”, “dukan-dükan sair. Hindistana gəlsəniz, orada da, Azərbaycandakı kimi, mədəniyyətlərin müxtəlifliyi ilə qarşılaşarsınız. Məsələn, müxtəlif dinlərə aid insanlar bayramlar keçirir eyni zamanda bu bayramlarda ümumi detallar da tapmaq olar. Eyni zamanda mədəniyyətin bir qolu olan ailə dəyərlərimiz arasında bənzərlik var. Hindistanda olduğu kimi, Azərbaycanda da övladlar ailə qurduqdan sonra öz valideynləri ilə birgə, yəni bir neçə ailə bir dam altında mehriban yaşayır. Azərbaycanda hind mədəniyyətinə böyük maraq var. Burada olduğum müddətdə bir daha gördüm ki, insanlar hind filmlərini çox sevirlər. Azərbaycan Dillər Universitetində “Hind mərkəzifəaliyyət göstərir. Orada tələbələr hind dilini öyrənir. Mən vaxtım olanda tez-tez ora baş çəkirəm. Sonuncu dəfə mərkəzdə qonaq olduğum zaman tələbələrin necə gözəl hind rəqsi oynamalarının şahidi oldum. Onlar o qədər gözəl rəqs etdilər ki, mən hətta özümü Mumbay teatrında hiss etdim. Bakıda hind icmasının yaratdığı assosiasiya tez-tez bayram tədbirləri keçirir. Bu il, nəhayət ki, Bakıda “Hind kinosu həftəsikeçirməyi planlaşdırırıq.

- Azərbaycanda olduğunuz müddətdə regionlarımıza səfər etmək imkanınız olubmu? Milli mətbəximizlə aranız necədir?

- Qəbələ, Şəki, Zaqatala, Gəncədə olmuşam, çox maraqlı yerlərdir. Qəbələ xüsusilə xoşuma gəldi. Regionlarınızın gözəl mənzərələri, kənd evləri bizə Hindistanı xatırladır. İnsanların mehriban münasibəti çox xoşagəlimdir. Ümumiyyətlə, boş vaxtlarımda mədəniyyət tədbirlərində iştirak etməyə çalışıram. Yerli cəmiyyət arasında olub özümü daha yaxşı hiss edirəm. Qeyd etdiyim kimi, vaxt tapdıqca şəhəri gəzməyə çıxıram, dənizkənarı bulvara, İçərişəhərə gedirəm. Sizin milli yeməkləri xoşlayıram. Bozbaş, kabablar və müxtəlif salatlar xoşuma gəlir. Yarpaq dolmasını və plovu da çox bəyənirəm. Ümumiyyətlə, mən və ailəm özümüzü bu ölkədə çox məmnun hiss edirik.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 12 fevral.- S. 7.