Paytaxtda regionların mədəniyyət və təbiətinin tanıdılması

 

Azərbaycan qədim və zəngin mədəniyyətə malik ölkədir. Ölkəmizin regionlarında qədim adət-ənənələr indi də yaşadılır, qorunub gələcək nəsillərə çatdırılır. Hər bir regionun özünün mənsub olduğu irsi, milli mədəniyyəti və adət-ənənəsi var. Bu baxımdan vətənimizi daha yaxından tanıtmaq üçün Azərbaycanın bölgələrinin təbiətini, adət-ənənələrini, maddi-mədəniyyət nümunələrini əks etdirən fotosərgilərin keçirilməsi paytaxt gənclərində regionlarımıza olan marağı daha da artırır.

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Günel Əzizova tərəfindən həyata keçirilən «Paytaxt gənclərinə Azərbaycan regionlarının mədəniyyətini, təbiətini tanıdaq» adlı layihə çərçivəsində təşkil olunan sərgilər maraqla qarşılanıb. Ölkəmizin müxtəlif regionlarında çəkilmiş fotolar gənclərin diqqətini cəlb edib. Onlara bu fotoların hansı regionlara aid olduğu haqqında ətraflı məlumat verilib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 12 fevral.- S. 9.