Gənclər şimal bölgəmizin
turizm potensialı ilə tanış
olublar
Azərbaycan regionlarının gənclərə
tanıdılması, turizm
imkanlarından düzgün
istifadə olunması
və gələcəkdə
gənclərin ixtisas
seçimində bu sahədə çalışmalarını
təmin etmək məqsədilə Azərbaycan
Respublikası Prezidenti
yanında Gənclər
Fondunun maliyyə dəstəyi ilə «Azərbaycanı tanıyaq
və turizm imkanlarından düzgün
istifadə edək» adlı layihənin I mərhələsi başa
çatıb.
Layihə
çərçivəsində paytaxtın müxtəlif
təhsil ocaqlarından
seçilmiş 25 nəfər
gənc üçün
ötən ilin noyabrında Quba və Xaçmaz rayonlarında 1 həftə
müddətində təlimlər
keçirilib və bölgənin turizm potensialı barədə geniş məlumatlar təqdim olunub.
Bu günlərdə layihənin
yekunlarına dair təqdimat keçirilib.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 12
fevral.- S. 9.