Kitablarımız Belarusda nümayiş olunub

 

Xəbər verdiyimiz kimi, fevralın 5-dən 9-dək keçirilən XXI Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ölkəmiz də təmsil olunub. Kitablarımız Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 12 kvadratmetrlik stenddə nümayiş etdirilib.

Tədbirin açılış mərasimində Belarus Respublikası Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Aleksandr Radkov, ölkənin informasiya nazirinin birinci müavini Liliya Ananiç, digər rəsmilər, xarici ölkələrin səfirləri iştirak edib.

Sərgidə 25 ölkənin aidiyyəti qurumları, nəşriyyatları təmsil olunub.

Azərbaycan guşəsində dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə həsr olunmuş Azərbaycan və rus dillərində nəfis tərtibatlı çap məhsulları ziyarətçilərdə maraq doğurub. Onlara ölkəmizdə gedən inkişaf prosesi, quruculuq işləri, mədəniyyətimizin qədim tarixibu günü barədə, eyni zamanda Qarabağ problemi haqqında məlumat verilib. Sərgiyə gələnlər ekspozisiyamız, kitablarımız vasitəsilə erməni işğalçılarının Qarabağda törətdikləri vandalizm, Xocalı soyqırımı barədə Azərbaycan, ingilis və əsasən rus dilində dolğun məlumatlar əldə ediblər.

Sərgi çərçivəsində Azərbaycan və Belarusun müasir yazıçı və şairlərinin əsərlərinin yer aldığı “Sçastlivaya vstreçatoplusununBelarus yazıçısı Ales Karlyukeviçin “Təhsil” nəşriyyatında Azərbaycan dilində nəşr olunmuşDovşan inşa yazır” kitabının təqdimat mərasimləri də gerçəkləşib. Azərbaycan və Belarus müəlliflərinin toplusuZvezda” nəşriyyatının direktoru Ales Karlyukeviçlə ötən sərgidə aparılmış müzakirələrin davamı olaraq tanınmış şair, tərcüməçi Çingiz Əlioğlunun səyi və tərtibçiliyi ilə ərsəyə gəlib. KitabZvezda” nəşriyyatında işıq üzü görüb.

Mərasimdə çıxış edənlər iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində mövcud əməkdaşlıq və dostluq münasibətlərindən bəhs edib, adıçəkilən nəşrlərin bu dostluğa töhfə olduğunu vurğulayıblar. Şair Çingiz Əlioğlu şeirlərindən rus dilində nümunələr söyləyib. Belarus yazıçısı A.Karlyukeviç kitabının Azərbaycan dilində nəşrinə görə Mədəniyyət və Turizm Nazirliyinə və “Təhsil” nəşriyyatına təşəkkürünü bildirib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi milli ekspozisiyanın təşkilinə görə diplomla təltif olunub.

Sərgi işini başa çatdırdıqdan sonra ekspozisiyaya daxil olan kitablar Azərbaycanın Belarusdakı səfirliyinə təhvil verilib.

 

Mədəniyyət.- 2014.- 14 fevral.- S. 5.