“Əshabi-Kəhf” muxtar respublikanın 90 illiyinə həsr olunub

 

Bəstəkar Yaşar Xəlilovun bu günlərdə tamamladığı “Əshabi-Kəhf” baleti Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edilib. Əsərin qayəsini məhəbbət mövzusu təşkil edir. Lakin bu, adi, insani sevgi deyil, İlahi məhəbbətdir. Gənclər cahillikdən qaçaraq vəhdaniyyətə tapınırlar, onlara bəxş edilən hidayət sayəsində qəlbləri İlahi məhəbbətlə çırpınır və sonda əbədi olaraq bu böyük və əbədi hissə qovuşurlar.

Baletin librettosunu da bəstəkar özü tərtib edib. Libretto müqəddəsQurani-Kərim”inKəhfsurəsinin 9 26-cı ayələrinə əsaslanır. Əsərdə 18 nömrə var onların adları ayələrdən olan ümumi çıxarışa əsaslanır: “Qüdrət”, “Hidayət”, “Şəhadət”, “Qüvvət”, “Dəlil”, “Zülm”, “Tərk”, “Rəhmət”, “Dua”, “Pərdə”, “Möcüzə”, “Əsrlərin yuxusu”, “Oyanış”, “Göndəriş”, “Ehtiyat”, “Mübahisə”, “Vəhy”, “Vahid”. Baletdə hər bir nömrə ayrı-ayrılıqda sərbəst olsa da, onları ümumi dramatik inkişaf xətti birləşdirib. Xor orkestrlə birlikdə “Vahidlikmövzusunu səsləndirir.

“Əshabi-Kəhf” ilk Naxçıvan baleti olmaqla yanaşı, ilahi sözlərə əsaslanan sənət əsəri kimi, ümumiyyətlə, müsəlman Şərqində bu janrda yazılmış yeganə nümunə sayıla bilər.

 

Mədəniyyət.- 2014.- 14 fevral.- S. 6.