“Taleyin
bir üzü”
Füzuli Dövlət Dram Teatrında Xocalı faciəsinin 22 ildönümü ilə bağlı Şəbnəm Tofiqqızının “Taleyin bir üzü” əsəri əsasında eyniadlı tamaşa hazırlanıb. Əsərdə Xocalı soyqırımı zamanı bir ailənin başına gələn bəlalardan bəhs edilir.
Tamaşanın quruluşçu
rejissoru Asif Şirinov, quruluşçu
rəssamı Ellinaz Balaşova,
musiqi tərtibatçısı Sənan
Sevindikzadədir. Rollarda Sevinc
Məmmədova, Əli Hüseynov, Vaqif Rəhimov, Aygün Cəfərova,
Elçin Məmmədov, Aynur
Məmmədova, Asif Şirinov,
Elşən Gözəlov və başqaları iştirak edirlər.
Mədəniyyət.- 2014.- 14
fevral.- S. 6.