Azərbaycan cazı Paris Londonda səslənib

 

Fevralın 11-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində fransız musiqisevərlərinə yaxşı tanış olan Montrö beynəlxalq caz festivalının laureatı, Azərbaycanın Əməkdar artisti Şahin Növrəslinin solo konserti təşkil edilib.

Konsert Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşib. Səfir Elçin Əmirbəyov tədbirdə çıxış edərək, ölkəmizdə caz musiqisinin populyar olduğunu, onun son illər inkişaf etdiyini deyib. 1960-cı illərdə cazın Azərbaycan xalqının ənənəvi musiqisi olan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğamla sintez edilərək yeni caz-muğam musiqi janrının yarandığını diqqətə çatdıran diplomat bu sahədə Vaqif Mustafazadə, Rafiq Babayev digər istedadlı bəstəkar-ifaçıların yetişdiyini vurğulayıb.

Virtuoz ifaçı Şahin Növrəslini Azərbaycan cazının yeni nəslinin istedadlı nümayəndəsi kimi dəyərləndirən səfir, onun müxtəlif beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil etdiyini, bu yaxınlardaBayatıalbomunu buraxdığını xatırladıb Fransada dəfələrlə çıxış etdiyini bildirib. Xatırladaq ki, fevralın 8-də Şahin Növrəsli Parisin caz klubunda solo konserti ilə çıxış edib.

Şahin Növrəsli konsertdə Azərbaycan Avropa cazmenlərinin əsərləri ilə yanaşı, özünün bəstələdiyi musiqi parçalarını da ifa edib. Tədbirdə fransız ictimaiyyətinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, incəsənət ustaları, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diaspor təmsilçiləri azərbaycanlı tələbələr iştirak ediblər. Qonaqlara Azərbaycan musiqisi ilə bağlı Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş broşürlər təqdim edilib.

Fevralın 13-də Şahin Növrəslinin Londondakı “Pizza Express” caz klubunda solo konserti keçirilib. O, budəfəki proqramda da Azərbaycan Avropa cazmenlərinin əsərlərini, eləcə özünün bəstələrini səsləndirib.

Konserti Britaniya ictimaiyyəti nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycanın diaspor təşkilatlarının təmsilçiləri və azərbaycanlı tələbələr izləyib.

 

Mədəniyyət.- 2014.- 14 fevral.- S. 8.