Birləşmiş
Ərəb Əmirliklərində Azərbaycan “Milli gün”ü
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “Deira International School” məktəbində ənənəvi “Milli gün” keçirilib. Məktəbdə təhsil alan azərbaycanlı şagirdlər tədbirdə ölkəmizlə bağlı stend qurublar. Bu ölkədə fəaliyyət göstərən “Azərbaycan” cəmiyyəti tərəfindən lazımi materiallarla təchiz olunan stend iştirakçılarda böyük maraq doğurub. Qonaqlar Azərbaycan milli mətbəxinin təamlarını, şirniyyatlarını dadıblar.
Şagirdlərimiz tədbir
iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti, turizm
potensialı, poeziyası və qədim xalçaları
haqqında məlumat verib, ərəb və
ingilis dillərində jurnal,
buklet və kitabları, Heydər
Əliyev Fondunun ingilis
dilində hazırladığı “Qarabağ
həqiqətləri” toplusunu qonaqlara təqdim ediblər.
Mədəniyyət.- 2014.- 14
fevral.- S. 16.