Xalq artisti Muxtar Avşarovun xatirəsi anılıb

 

Fevralın 17-də Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq artisti, tanınmış aktyor Muxtar Avşarovun anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov Azərbaycan kino teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan Muxtar Avşarovun yaradıcılığından söhbət açıb.

Bildirilib ki, aktyorun zəngin yaradıcılığı kino teatr tariximizdə ayrıca səhifədir. Müsbət yaxud mənfi surətlərdən asılı olmayaraq, onları peşəkarcasına yaratması onu tamaşaçılara sevdirən başlıca cəhət olub.

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə sənətkarın həyat yaradıcılığı haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan realist aktyor nəslinin görkəmli nümayəndəsi Muxtar Avşarov 1914-cü il fevralın 15-də Qərbi Azərbaycanın İrəvan şəhərində dünyaya göz açıb. Aktyor Gəncə Dövlət Dram Teatrında çalışdığı 30 il ərzində yüzə yaxın obraz yaradıb. 1968-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışıb. Həmçinin Bakı Bələdiyyə Teatrının səhnəsində maraqlı rolları ilə yadda qalıb.

Ömrünün 65 ilini peşəkar səhnəyə həsr etmiş sənətkarAxırıncı aşırım”, “Dəli Kür”, “Kişi sözü”, “Tütək səsi”, “Qatır Məmməd”, “Gün keçdi digər filmlərdə rəngarəng obrazlar qalereyası yaradıb. M.Avşarov 2004-cü il dekabrın 1-də dünyasını dəyişib.

Yubiley gecəsində Milli Məclisin deputatları Fəttah Heydərov, Abel Məhərrəmov, xalq artistləri Ağakişi Kazımov, Rafiq Əzimov başqaları çıxış edərək Muxtar Avşarovun təkrarolunmaz aktyorluq bacarığından, insani keyfiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, görkəmli sənətkarın fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, “Şöhrətordeninə layiq görülüb, Prezident təqaüdçüsü olub.

Tədbirdə Muxtar Avşarovun həyat və sənət yoluna həsr edilmiş fotosərgi açılıb, aktyorun iştirak etdiyi filmlərdən fraqmentlər göstərilib.

 

Mədəniyyət.- 2014.- 19 fevral.- S. 3.