Yeniyetmə
musiqiçilər Narvadan mükafatla qayıdıblar
Xəbər verdiyimiz kimi, fevralın 2-dən 8-dək Estoniyanın Narva şəhərində pianoçuların X beynəlxalq Şopen müsabiqəsi keçirilib. Üç yaş qrupu üzrə müsabiqədə 15 ölkədən 61 gənc pianoçu, o cümlədən Azərbaycan təmsilçiləri iştirak ediblər.
Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi Leyla Zeynalova öz ifası ilə fərqlənərək 2-ci yeri tutub. Məktəbin daha bir yetirməsi - Nərmin Nəcəfli isə “Young budding artist” xüsusi diplomuna layiq görülüb.
Xatırladaq ki, 2012-ci ildə Leyla
Zeynalovanın böyük qardaşı Rüstəm Şopen
müsabiqəsinin “Qran-pri” mükafatına layiq
görülmüşdü.
Mədəniyyət.- 2014.- 19
fevral.- S. 4.