Bakıda “Mosfilm”
həftəsi
Fevralın 20-də Bakıda “Mosfilm” həftəsinə
start verilib. “Mosfilm”in 90
illiyinə həsr olunan kino nümayişi “Kapital Bank” ASC-nin dəstəyi
ilə “28 Cinema”da keçirilir.
Açılışa
həsr olunmuş mətbuat konfransında məşhur aktyor,
Rusiyanın Xalq artisti, əslən bakılı olan Vladimir
Menşov çıxış edərək doğma şəhərə
gəlişindən məmnunluğunu bildirib: “Mosfilm”
kinostudiyasını Bakıda təmsil etmək mənim
üçün böyük şərəfdir. Burada
doğulub boya-başa çatmışam. İndiki
Neftçilər prospektində yaşamışam. Bakı mənə
çox əzizdir”.
Aktyor
bildirib ki, 1924-cü ildə yaranmış “Mosfilm” Rusiyanın
kino sənayesinin aparıcı müəssisəsidir: “Rusiya
filmlərinə bu gün də maraq var. Şərt deyil ki,
ildə sayca çox film istehsal olunsun. Üç film istehsalata
buraxılsın, amma keyfiyyətli olsun. “Mosfilm”də
hazırda istedadlı və savadlı mütəxəssislər
çalışır. Kinostudiya ən yaxşı kameralar, ən
yaxşı işıq avadanlıqları ilə təchiz
olunub”.
Kino həftəsinin
açılışında Vladimir Menşov
özünün “Məhəbbət və göyərçinlər”
adlı filmini təqdim edib. Qeyd edək ki, “Mosfilm” həftəsinin
proqramına “Uğur centlmenləri”, “İvan Vasilyeviç
peşəsini dəyişir”, “Qafqaz əsiri və ya
Şurikin yeni macəraları”, “Moskva göz yaşlarına
inanmır”, “İşdə məhəbbət macərası”
və “Brilyant əl” filmləri daxildir. Filmlər ilk dəfə
“28 Cinema”da böyük ekranda nümayiş etdiriləcək.
Mədəniyyət.- 2014.- 21
fevral.- S. 2.