Dünya
şöhrətli bəstəkarın xatirəsi yad edilib
Fevralın 20-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun vəfatının 30-cu ildönümü ilə əlaqədar dahi sənətkarın Fəxri xiyabanda məzarı ziyarət olunub. Fikrət Əmirovun ailə üzvləri, incəsənət xadimləri dünya şöhrətli musiqiçinin xatirəsini ehtiramla yad edərək məzarı üzərinə əklil qoyublar. Mərasimdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bəstəkarın həyat və yaradıcılığı haqqında danışıb, onun sənətinin dünyada hörmətlə qəbul olunduğunu bildirib. Bu günlərdə Belarusun paytaxtı Minskdə bəstəkarın məşhur “Min bir gecə” baletinin premyerasının böyük uğurla gerçəkləşdiyi vurğulanıb.
Ziyarətdən sonra Bəstəkarlar
İttifaqında Fikrət Əmirovun oğlu,
tanınmış bəstəkar, Əməkdar incəsənət
xadimi Cəmil Əmirov ilə görüş keçirilib.
Görüşün təşkilinə görə minnətdarlığını
bildirən Cəmil Əmirov atasının hələ də
ifa olunmamış əsərlərinin əlyazma
notlarını qoruyub saxladığını qeyd edib. Bu əsərlərin
ifa olunması və Fikrət Əmirovun
külliyyatının çap edilməsi ilə bağlı
arzusunu dilə gətirib.
Mədəniyyət.- 2014.- 21
fevral.- S. 3.