Muxtar respublikada mədəniyyət turizmin inkişafı

 

Azərbaycan Turizm İnstitutunda «Naxçıvan Muxtar Respublikasında mədəniyyətin turizmin inkişafının yeni mərhələsi» mövzusunda elmi-praktik konfrans keçirilib.

ATİ-nin rektoru, professor Cəfər Cəfərov çıxışında qədim yurdumuz olan Naxçıvanın zəngin mədəni irsə turizm imkanlarına malik olduğunu diqqətə çatdırıb, ölkə Prezidentinin müvafiq sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin geniş qeyd olunduğunu bildirib.

Konfransda ATİ-nin doktorantura, magistratura, əlavə təhsil şöbəsinin müdiri, dosent Nəsirulla Nəsirli «Naxçıvan Muxtar Respublikasında müalicə-sağlamlıq turizminin inkişafı istiqamətləri» mövzusunda çıxış edib. Bildirilib ki, təbii şəraitinə, mineral su ehtiyatlarının sayına tərkibinə görə Naxçıvan bölgəsi əlverişli kurort zonasıdır. Bu potensial imkanların reallığa çevrilməsi üçün mineral su mənbələri ərazisində sanatoriya infrastrukturu yaradılmalıdır. Naxçıvanda bu təcrübədən «Duzdağ» fizioterapiya, müalicə bərpa mərkəzinin yaradılmasında istifadə edilib.

ATİ-nin ictimai fənlər kafedrasının müdiri, dosent İbrahim Əliyev «Azərbaycan tarixində Naxçıvan», turizm biznesi kafedrasının müdiri Bahadur Bilalov «Naxçıvan MR- dini turizm: vəziyyəti inkişaf perspektivləri», xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova «Naxçıvanın mineral sularının ölkənin sanatoriya-kurort potensialında yeri», Sevil Kərimova «Naxçıvan memarlıq məktəbinin orta əsrlər Türkiyə arxitekturasına təsiri», Vüsalə Məmmədova «Naxçıvan MR-in memarlıq irsi mədəni turizm obyekti kimi» Qahirə Məmmədova «İslam mədəniyyətinin paytaxtı olacaq Naxçıvanda dini turizm abidələri» mövzusunda məruzələrlə çıxış ediblər.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 21 fevral.- S. 4.