“Xocalı
harayı”
Tərtər rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemində Xocalı
soyqırımının 22-ci ildönümü
ilə əlaqədar anım tədbiri keçirilib.
“Xocalı harayı” adlı tədbirdə qan
yaddaşımızın bu acı səhifəsindən
söz açılıb. Faciənin
canlı şahidləri həmin müdhiş
gecədə əliyalın insanların başına gətirilmiş
müsibətlərdən, dağıdılmış, viran olmuş Xocalıdan
xatirələr danışıblar.
İştirakçılar faciəyə həsr edilmiş sərgi ilə də tanış olublar. Tədbirdə məktəblilərin
iştirakı ilə ədəbi-bədii kompozisiya
nümayiş olunub,
şeirlər söylənilib, Xocalı haqqında kitablardan parçalar oxunub.
Mədəniyyət.- 2014.- 21
fevral.- S. 7.