Növbəti üç il müddətinə
sahə sazişi imzalanıb
Fevralın 20-də Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi arasında növbəti üç il müddətinə sahə sazişi imzalanıb.
Bu münasibətlə gənclər və idman naziri Azad Rəhimov Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarovanı, qurumun aparat rəhbəri Mirzə Əlibəyovu və beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Zaur Həmidovu qəbul edib. Görüş zamanı nazirlik və Respublika Komitəsi arasında görülən və görüləcək işlərdən söz açılıb. Sonra 2014-2016-ci illər üzrə sahə sazişi imzalanıb. MİHİ RK-nın sədri Cəmilə Səttarova nazir Azad Rəhimova “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubileyi” döş nişanını təqdim edib.
Sonra 2009-2012-ci illəri əhatə
edən sahə sazişinin həyata
keçirilməsində göstərdikləri fəallığa
görə nazirliyin bir
sıra əməkdaşının
mükafatlandırılması mərasimi keçirilib.
Gənclər və idman nazirinin
müavini İsmayıl İsmayılov mükafatlara görə minnətdarlıq edərək
bildirib ki, Həmkarlar
İttifaqı həmişə qurum
üzvlərinin qayğısına qalıb, onların hüquq və mənafelərini müdafiə
edib.
Mədəniyyət.- 2014.- 21
fevral.- S. 9.