Strasburq və Gəncə kitabxanaları arasında əməkdaşlıq

 

Xəbər verildiyi kimi, ötən ilin iyununda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə Strasburq MilliUniversitet Kitabxanası arasında tərəfdaşlıq sazişi imzalanıb. Sazişə uyğun olaraq bu günlərdə Strasburqda MilliUniversitet Kitabxanasının rəhbəri Alber Puaro ilə görüş keçirilib.

Görüşdə Gəncə MKS-ni təmsil edən Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Məmməd Alim, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov iştirak ediblər.

Tədbirdə Gəncə MKS-nin fəaliyyəti, habelə Azərbaycanın dahi şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında müfəssəl məlumat verilib. Nizami Gəncəvinin əlyazması saxlanılan və bu səbəbdən də Azərbaycan üçün önəmli sayılan Strasburq MilliUniversitet Kitabxanası ilə informasiya və təcrübə mübadiləsi, rəqəmsallaşdırma və mədəni fəaliyyət sahələrində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2014.- 21 fevral.- S. 9.