“Arşın mal alan” operettası
Sankt-Peterburq səhnəsində
Sankt-Peterburqun “Kolizey Arena” konsert zalında dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin “Arşın
mal alan” operettası nümayiş
etdirilib. Moskvada fəaliyyət göstərən
“Dərviş” Azərbaycan
teatrı kollektivinin operettanın 100 illik yubileyi münasibətilə
səhnələşdirdiyi əsər böyük maraqla qarşılanıb.
“Sankt-Peterburqun Azərbaycan
diasporu” regional ictimai təşkilatının rəhbəri
Sabir Məsimov, “Dərviş” teatrının
baş rejissoru, Azərbaycanın Əməkdar
artisti Mərdan Feyzullayev tamaşadan əvvəl çıxış
ediblər.
Bildirilib ki,
Üzeyir Hacıbəyli “Arşın mal alan” operettasını
1913-cü ildə məhz Rusiyanın şimal
paytaxtında tamamlayıb. Azərbaycan mədəniyyətinin
incisi sayılan bu əsərin
100 illiyi ötən il
UNESCO səviyyəsində qeyd edilib.
Mədəniyyət.- 2014.- 26 fevral.-
S. 2.