Xalq artistiFəcrfestivalının mükafatına layiq görülüb

 

Fevralın 13-dən 23-dək İranın paytaxtı Tehranda 29-cu beynəlxalqFəcrmusiqi festivalı keçirilib. Festivalda 16 ölkədən tanınmış ifaçılar musiqi qrupları iştirak ediblər.

Danimarka, Tunis, Rusiya, Avstriya, Almaniya, İraq digər ölkələrdən məşhur musiqiçilərlə yanaşı, festivalda Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı, tarzən Ramiz Quliyev çıxış edib.

TehranınTəlar Vəhdət”, “Niavarankonsert salonlarında, “Honarmədəniyyət mərkəzində keçirilən konsertlərdə Ramiz Quliyevi Azərbaycan Dövlət Televiziya Radio Şirkətinin Əhsən Dadaşov adınaXatirəxalq çalğı alətləri ansamblı müşayiət edib.

Festivalda görkəmli tarzənin, Dövlət Akademik Opera Balet Teatrının solisti Fərid Əliyevin gənc istedadlı xanəndə Əli Hacızadənin ifaları dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Təşkilatçıların qərarına əsasən professor Ramiz QuliyevFəcrmusiqi festivalının yüksək mükafatı olanQızıl çəng”lə təltif edilib.

Konsertlərin dinləyiciləri arasında İranın vitse-prezidenti, mədəniyyət naziri, digər rəsmiləri olublar. Azərbaycan bəstəkarlarının əsərlərini muğamlarımızı məharətlə ifa edən Ramiz Quliyevin hər ifası ayaqüstə alqışlanıb. İran kütləvi informasiya vasitələrinin festivalla bağlı yaydığı materiallarda Ramiz Quliyevin parlaq ifası xüsusi qeyd edilib, “böyük ustadadlandırılıb. Bundan başqa, festival çərçivəsində İranın Mədəniyyət Nazirliyi tərəfindən İran Dövlət Musiqi Muzeyində professor Ramiz Quliyevin yaradıcılığına həsr olunmuş sərgi təşkil olunub.

Xatırladaq ki, tarzən Ramiz Quliyev “Fəcr” musiqi festivalında artıq beşinci dəfədir Azərbaycanı uğurla təmsil edir.

 

Mədəniyyət.- 2014.- 26 fevral.- S. 5.