Heydər Əliyev Sarayında anım mərasimi

 

Heydər Əliyev Sarayında Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib. Öncə XX əsrin ən dəhşətli və qanlı faciələrindən olan Xocalı soyqırımından bəhs edən kitablara və fotostendə baxış keçirilib.

Tədbiri Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev açaraq ümummilli liderin vaxtilə bu faciə haqqında söylədiyi "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" sözlərini diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması istiqamətində müxtəlif ölkələrdə tədbirlər, aksiyalar keçirilir.

Xocalı sakinləri Elşad AğayevNicat Məmmədov canlı şahidləri olduqları həmin müdhiş gecədən danışıblar. Sonda Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilib.

 

Mədəniyyət.- 2014.- 26 fevral.- S. 6.